Bəhruz Quliyev: "Bayden bu ifadələri ilə regionda Azərbaycanı və Türk dünyasını itirdi" AÇIQLAMA
"Ümumiyyətlə ABŞ prezidenti Co Baydenin qondarma erməni "soyqırımı" günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur və onun məsələyə bu cür reaksiyası anlaşılan deyil. Biz hər zaman ABŞ-la münasibətləri yüksələn xətlə inkişaf etdirməyə və balanslı siyasət aparmağa çalışmışıq". Bunu SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
Media Qrupunun rəhbərinin sözlərinə görə, Amerika super dövlət olsa da biz həmişə iki dövlət arasındakı münasibətlərin daha da inkişaf etməyini istəmişik: "Amma bu cür münasibətlərin sərgilənməsi Azərbaycan və Türkiyəyə qarşı bir həqarətdir və qəbuledilməzdir. Təbii ki, bu kimi addımlar Türk dünyasının qüruruna xələl yetirir. Tarixi faktlar onu göstərir ki, ermənilər müxtəlif dövrlərdə Azərbaycan və Türkiyə xalqına qarşı müxtəlif soyqırımlar törədiblər. Hətta ermənilərin öz yazarları da müxtəlif dövrlərdə erməni vəhşiliyini öz kitablarında dərc ediblər və s. Bu gün isə Azərbaycana qarşı olan soyqırımları (Xocalı, 31 Mart və s.) danmaq ən azından siyasi riyakarlıqdır. Bir dövlət başçısının məsələyə bu cür münasibəti qəbuledilməzdir".
Bəhruz Quliyev əlavə edib ki, Baydenin bu cür açıqlaması eyni zamanda türk dünyasına qarşı bir hədə xarakteri daşıyır və regionda narazılığa səbəb olub: "Burada dünyanın bir reallığı da mövcuddur. Həmin reallığı inkar etmək isə Bayden kimi bir super dövlət başçısının nə demək istədiyini sual altına qoyur. Hətta beynəlxalq hüquqda bundan bir təzyiq vasitəsi kimi istifadə oluna bilər. Bu gün dünya reallığı çox gözəl dərk edir, ermənilərin əsl iç üzünü və xislətini də bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB