Ənənəvi erməni yaltaqlığı və rəzaləti TƏHLİL

Ənənəvi erməni yaltaqlığı və rəzaləti TƏHLİL

Ermənistanda belə hər kəs onsuz da çox yaxşı başa düşür ki, Rusiyanın nə güclü bir Ermənistana, nə də güclü bir erməni ordusuna ehtiyacı yoxdur. Ehtiyacının olmaması ilə yanaşı, ümumiyyətlə, hansısa ölkənin, həmçinin ordunun güclü olmasını da Rusiya istəmir və bu heç sərf eləmir də ruslara. Çünki, istədiyini etməsinə, istədiyi kimi davranmasına görə Rusiya üçün qarşısında zəif dövlət görmək daha maraqlıdır.

İndi Ermənistan kimi zəif, cılız bir ölkə Rusiyanın sanki, əl oyuncağı belə sayıla bilər və ruslar indi erməniləri daha asanlıqla idarə etmək imkanı əldə ediblər. Bu baxımdan Ermənistanın hərbi gücünü Rusiyanın artıracağı fikirləri cəfəngiyyatdan başqa bir şey deyil və heç şübhəsiz ki, bu, Paşinyanın və onun komandasının daxili auditoriyanı sakitləşdirməsi üçün növbəti avantürasıdır. Hazırda hərbisi yox dərəcəsində olan, həmişəkindən də gücsüz bir duruma düşən Ermənistan vətəndaşlarının həyəcanını aradan qaldırmaq, onları superdövlətin hərbi yardımı və digər köməklikləri ilə sakitləşdirmək işğalçı ölkə hakimiyyətlərinin ənənəvi manipulyasiyasıdır ki, indi də bundan Paşinyan istifadə edir.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyaya səfəri ərəfəsində RİA Novostiyə geniş müsahibə verdi və bu, əslində erməni cəmiyyətində iyrəncliyi ortaya qoydu və çaşqınlığa da səbəb oldu. İndi “Qarabağ münaqişəsinin yarımçıqlığı”, “ərazilərin yenidən ələ keçirilməsi”, revanşist ideyaları, Armen Valerieviçin pafoslu fikirləri və digər cəfəngiyyatları bir kənaraq qoyaq, onun Moskvaya tələsik gedib Putinin ayaqlarını qucaqlamasına, çəkmələrini yalamasına diqqət yetirək görək, onun niyyəti və məqsədi nə ola bilərdi?

Xatırladaq ki, Armenin tələm-tələsik Moskvaya getməsi və Putinin ayaqları altına döşənməsi erməni cəmiyyətinin özündə belə ikrah hissi ilə qarşılanıb. Çünki, azacıq ağlı başında olan sıravi erməni belə bilir ki, Moskvaya İrəvanın güclü olması, güclü erməni ordusunun olması zərrə qədər də lazım deyil, sərf eləmir və ordu quruculuğu barədə Paşinyan komandasının fikirləri baş nazirin nağıllarından növbəti biridir. Bəllidir ki, söz verdiyi kimi istefa vaxtının çatması ərəfəsində Putinə yalaqlanmaq, bir də baş nazir postuna yiyələnmək üçün Paşinyanın növbəti hiyləgərliyidir bu gediş. Elə məhz buna görə də erməni cəmiyyətində yetərincə ikrah doğurub.

Bir reportajda Qriqoryan “Ermənistanın Rusiyanın köməyi ilə güclü bir ordu quracağına ümid etdiyini”, “Ermənistan Silahlı Qüvvələrində Rusiyanın köməyi ilə islahatlar aparılacağını” və “Rusiyadan silahların ən yaxşısını alacaqlarını” bildirir. Göründüyü kimi, bu dırnaqarası centlmen nahar etmələri üçün bir qaşıq belə almalarına vəsaitlərinin olmadığını ya unudub, ya da yaltaqlanmaq üçün özünü qanmazlığa qoyur. Dövlətdə belə bir mühüm vəzifəni tutan, təhlükəsizlik və hüquq-mühafizə strukturlarına nəzarət edən Qriqoryan görəsən bu ağılda təkdir, yoxsa həmfikirləri də var?

Qeyd edək ki, Paşinyan onu 2018-ci ilin mayında Təhlükəsizlik Şurasının katibi təyin etmişdi. Əgər kimsə bu hiyləgər hakimiyyətin ölkədəki rolunun, funksiyalarının və səlahiyyətlərinin nədən ibarət olduğunun fərqində deyilsə, xatırlada bilərik. Bəli, bu işğalçı ölkədə Təhlükəsizlik Şurası müdafiə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir, eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin və digər hərbiləşdirilmiş qüvvələrin inkişafı planlarını təsdiqləyir. Təhlükəsizlik Şurası, Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı məsələləri qaldırmaq və müzakirə etmək səlahiyyətinə malikdir. Ölkənin təhlükəsizliyinə təhdidlər barədə məlumat toplayan, Milli Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin kəşfiyyat şöbələrinin köməyi ilə bunu reallaşdıracaq Təhlükəsizlik Şurasıdır.

Diqqətə çatdıraq ki, Armen Qriqoryan vəzifədə olduğu iki il yarım ərzində erməni ordusu deyilən xaotik dəstələrin müdafiə qabiliyyətini gücləndirmək üçün heç vaxt narahat olmayıb. Heç vaxt mövcud vəziyyəti, durumu hesaba belə almayıb. Maraqlıdır, indi birdən-birə, özü də Paşinyanın istefa zamanı çatdığı anda, seçkilər yaxınlaşdığı ərəfədə nə oldu ki, Armeni erməni ordusunda islahatlar maraqlandırdı və görəsən bu onun işi idimi ki, buna görə Putinin ayaqlarına düşməyə getmişdi.

Qriqoryan əslində Tonoyan və xüsusi xidmət orqanları ilə birlikdə ən vacib anı geridə qoyublar. Ən çox əsdikləri, qorxduqları yerdən vurulublar. Necə ki, Sarkisyan 2016-cı ilin aprelində sərxoş olan generalları ilə eyni şəkildə vurulmuşdu. Düzdür, Sarkisyan buna baxmayaraq ətrafında olan bəzilərini, generallarını, xüsusən də uzun müddət yoldaşı olan Seyran Ohanyanı belə cəzalandırmışdı. Amma, Qriqoryan səhvlərinə görə hesabat vermək məcburiyyətində belə olmadı, çünki Paşinyan ona tamamilə güvənir, onu ən yaxın dostlarından biri hesab edir. Hətta, son anda, istefa və seçki öncəsi belə yalaqlanmaq üçün Rusiyaya göndərir.
Armen Qriqoryanın indi guya arzuladığı güclü bir erməni ordusu haqqında əvvəllər düşünməli olduğu məsələlər nədənsə indi ağlına gəlib. Əmisi Movses Akobyan da, hansıki, qondarma Qarabağ Müdafiə Ordusunda və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında, ordunun beyninə, başına qədər rəhbər vəzifələrdə çalışmışdı, eyni ilə onun indi “güclü ordu” dediklərini vecinə də almırdı. Ancaq Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini gücləndirmək əvəzinə general Hakobyan da, qardaşoğlusu kimi şəxsi zənginləşmə ilə məşğul idi.
Əbəs yerə onu korrupsiya və ordunun dağılması ittihamları izləmir. Hakobyan, əllərini və şərəfini yalnız korrupsiyada deyil, daha ağır cinayətlərdə, məsələn, əsgərlərin öldürülməsində ləkələyib. Ancaq məsuliyyətə cəlb etmək əvəzinə Paşinyan Movses Hakopyanı Müdafiə Nazirliyinin nəzarət şöbəsinin müdiri təyin etdi. Yəni, sadə dillə desək, kələmi keçiyə əmanət etdi. Necə deyərlər, bir hiyləgər korrupsiya məmuru məhz korrupsiyaya qarşı mübarizəyə cəlb edildi. 10 noyabr 2020-ci il tarixində Paşinyanın məğlubiyyət, təslim sənədinə imza atılmasının özünü də erməni cəmiyyəti Hakopyanın fəaliyyətinin məntiqi nəticəsi hesab edir, halbuki, erməni cəmiyyətinin özünün, xəstə, işğalçılıq ideologiyası, Ermənistan dövlətinin işğalçılıq siyasəti ermənilərin faciəsinə əsaslı zəmin yaradırdı.

İndi də Movsesin qardaşı oğlu Armen Qriqoryan, Ermənistanın Rusiyanın köməyi ilə güclü bir ordu quracağını söyləyir. Halbuki, Rusiya heç zaman Ermənistanı, yaxud hansısa ölkəni hərbi cəhətdən gücləndirmək marağında ola bilməz. Əgər bu zamana qədər Rusiya hansısa yarasız silahları Ermənistana ötürürdüsə, bundan sonra bunu edəcəyini söyləmək olmaz. Əvvəla, Paşinyan kimi Soros əlaltısı və Qərbin cəsusunun idarə etdiyi və fəaliyyəti Rusiya əleyhinə olan ölkəyə Putin, yaxud hansısa bir məmuru silah verməz. Digər tərəfdən də, axı ermənilər partlamayan Rusiya silahlarını görəndən sonra buna ehtiyac duyarlarmı? Göründüyü kimi, Armenin Rusiyaya səfəri hərbi mənada, ölkəsinin maraqları kontekstində olmayıb. Elə isə, səfərdə yeganə səbəb, səbəbin yeganə məqsədi ağasının, Paşinyanın seçki məsələləri ilə əlaqədar Putinin ayaqlarına sarılmaq, ona yaltaqlanmaq olub ki, bunu da erməni cəmiyyəti özü də açıq şəkildə bəyan edir. Qarşıdakı seçkilərdə Rusiya prezidentinin Paşinyanı dəstəkləməsi naminə Putinin ayaqlarına düşmək üçün getdiyini Ermənistanda da hamı bilir.

Armen Qriqoryan deyir ki, Rusiyadan ən yaxşı silahlar alınacaq. Sual oluna bilər ki, Rusiya bu silahları satmaq qərarına gəlsə belə, bu silahlar hansı fondlar, hansı vəsaitlər hesabına alınacaq? Yoxsa, yenə də iqtisadiyyatını və ölkənin hər hansı bir sahəsini və ya müəssisələrini rusların nəzarəti altına vermək hesabınamı? Ancaq bildiyim qədər ermənilər ruslara əllərində olan hər şeyi artıq veriblər. Daha nə qalıb ki, versinlər? Bəlkə, silahların pulunu suverenlikləri ilə ödəyəcək, cənab Paşinyan və Qriqoryan? Ümumiyyətlə, suverenliyi belə qalıbmı bu işğalçı ölkənin? Axı hələ də Ermənistan Rusiyanın təsirndən çıxa bilməyib və asılı olaraq qalır. Rusiya ermənilərə hansı müasir və hansı ən yaxşı silahlar sata bilər? Artıq yararlılığı cəmi 10% olan “İskəndər” dərs olmadımı ermənilərə? Silahlanmasının təsirsizliyi erməniləri maraqlandırmırmı?

Faktlar və məntiqi analiz nəticəni ortaya qoyur və bəlli olur ki, məqsəd Kremlə hazırkı Ermənistan hakimiyyətinin ona sadiqliyini göstərməkdir. Ancaq bununla Paşinyan komandası çalışır ki, Rusiyanın təsiri ilə Putinin öz dostu Robert yox, hakimiyyətdə onlar özləri qalsınlar. Buna görə də ənənəvi erməni yaltaqlığı gündəmə gəlib. Yəni, Paşinyanın quyruğu qapı arasında qalıb deyə, o, işğalçı ölkə hakimiyyətini, bütövlükdı Ermənistanı yenə də Rusiya prezidentinin ayaqları altına atıb. Ermənilərin belə bir yaltaqlıq ənənəsi çoxdandır bəşəriyyətə tanışdır və görünür, elə Ermənistan hakimiyyətinin bu ənənəyə sığınmaqdan ziyadə çıxış yolu qalmayıb. Bir sözlə, ənənəvi erməni yaltaqlığı gündəmdədir və bu ənənə hələ də özlərinin xilas yolu hesab olunur ki, bu, ermənilər üçün böyük bir rəzalətdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə