Vətəni xaricdə “gözəl həyata” dəyişən xəyanətkarlar - ŞƏRH

Vətəni xaricdə “gözəl həyata” dəyişən xəyanətkarlar - ŞƏRH

Xəyanətkar “diplomatların” əsl üzü – “Vətən üçün pis olan, mənə faydalıdır”

Millətin milli-mənlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onun vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir. Xalqın yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətlər, qəhrəmanlıq tarixi, eyni zamanda dövlətin müasir inkişaf göstəriciləri gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillərdir.

Tarixi gerçəklik budur ki, Azərbaycanlı sabiq diplomatlar bu gün özlərini "müxalifətçi" kimi qələmə versələr də, əslində Vətəni xaricdə "gözəl həyata" dəyişən cinayatkar xəyanətkarlardır. Bli, cinayatkar xəyanatkarlardır. Bu gün onlar sosial şəbəkələrdə fəalıq etməklə, ictimaiyyətə özlərini guya ədalətsizlik və korrupsiyaya qarşı istefa verərək Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "yüksək vəzifəli məmurları" kimi təqdim etməyə çalışırlar. Əslində isə bu insanlar bir zamanlar XİN-dən obyektiv səbəblərə görə vəzifədən uzaqlaşdırılıblar.

Hazırda Azərbaycan hökumətini aktiv şəkildə "tənqid" edənlər bir zamanlar Azərbaycan XİN-in əməkdaşları olmuş – Arif Məmədov, Nahid Cəfərov, Vidadi İskəndərli, Sevinc Osmanqızı və bu kimi ünsürlərdir. Ancaq öu satqın "diplomatların" əsl üzünü aşkara çıxaran faktları araşdırdıqda, onların əsl üzünün aşkara çıxdığının şahidi olursan.

Sevinc Osmanqızı – ata qatili ermənilərin müdafiəçisi

Əxdaqsızlıq buna deyərlər. Bəli, mənim fikrimcə, bir övlad ki, atasının qatili olan erməniləri, daha doğrusu pullarına sataraq düşmən təbliğatı aparırsa...elə əsl əxlaqsızdır. Ancaq bu o Sevinc Osmanqızıdır ki, "məşhur jurnalist" kimi tanınmasında elə o ata olub - Osman Mirzəyev. Bir müddət Azərbayxan XİN-də də işləyən S.Osmanqızı 90-cı illərin əvvəlində “ASSA İrada” informasiya agetliyində, daha sonra AzTV-də işləsə də, atası – jurnalist Osman Mirzəyevin adından istifadə edərək Xarici İşlər Nazirliyində işləmək üçün müraciət edir.

Yalan, böhtan yolun yolçusu...

Minbir oyunçusu S.Osmanqızı işə düzəlmək üçün adət etdiyi fırıldağa əl atır, deyir ki, "ermənilərlə mübarizə aparmaq" istəyir. Lakin daha sonra aydınlaşır ki, o, XİN-də xaricə getmək üçün işləmək istəyir. Və bu fırıldaq yolla 1994-cü ilin aprelində Misirə ezam olunmağa icazə istəyir. Qahirədə “Şeraton” otelində 800 ABŞ dolları həcmində telefonla danışan Osmanqızı otel işçilərini heyrətə gətirir. Belə ki, oteli tərk edən zaman resepşının təqdim etdiyi hesabı ödəyə bilmir. Nəticədə bu hesab bütün diplomatik heyət üçün ayrılmış xərclərdən ödənilməli olur. Çıxış yolunu həyəsızlıqda görən Osmanqızı guya Bakıya zəng edərək Azərbaycan nümayəndə heyətini səfəri barədə xəbər verdiyini bildirir. Və müəyyən olunur ki, S.Osmanqızının telefon danışıqları şəxsi xarakter daşıyıb. Və ezamiyyətdən qayıtdıqdan sonra bu fakt atasının ruhu xatirinə bağışlanılır. Ancaq S.Osmanqızı "çoxlu pullar" əldə etmək üçün Londondakı Bi-Bi-Si xidmətinə işə düzəlir və bununla da

S.Osmanqızı üçün “müqəddəs” heç bir şey yoxdur – nə Vətən, nə ata, nə mənəviyyat, nə əxlaq...

“Müqəddəs” Arif Məmmədov özünü “müqəddəsliyinə və günahsızlığına” inandırmağa çalışır, amma...

2015-ci ildən özünü hazırki Azərbaycan hökumətinin əsas oppanenti, Qərbdə Azərbaycan müxalifətinin çarçısı kimi qələmə verən Arif Məmmədov, özü və fəaliyyəti haqqında danışarkən ictimaiyyətə “müqəddəsliyinə və günahsızlığına” inandırmağa çalışır. Lakin bu “müqəddəsin" həyatını araşdırarkən bir sıra faktların üzə çıxması ilə məlum oldu ki, “Müqəddəs Arif” daha çox şeytana bənzəyir. Əldə etdiyimiz faktlara əsasən, onun babası, sovetlər dönəmində Gəncədə korrupsiyaçı və rüşvətxor kimi tanınan Qara Camal görünür hüquq-mühafizə orqanlarından qorxduğu üçün nəvəsini prokuror görmək istəyib. Lakin bütün səylərə baxmayaraq Arifi Bakıda hüquq fakultəsinə düzəldə bilmir. Tələbə yoldaşlarının sözünə görə, babası onu Moskvada “yollar” taparaq 30 000 sovet rublu (o dönəmlər üçün yüksək məbləğ) SSRİ-nin Müdafiə Nazirliyinin Qırmızı bayraq Hərbi İnstitutuna düzəldir. Elə ilk gündən bu əyriliyin yolllarının yolçusu kimi cildən-cilə girərərk 1995-ci ildə Azərbaycanın Belçikada açılmış Səfirliyinə ikinci katib kimi işləyən çoxdankı arzusu – Avropa həyatına başlayıb. Görünüdüyü kimi, sapı özümüzdən olan bu çürük saplı baltalar, o cümlədən Arif Məmmədov Azərbaycan hökuməti və parlamentarilərinin ünvanın təhqirlər yağdırır, radikal islamçı Taleh Bağırovun müdafiəsinə qalxır, radikal müxalifətçilər – Əli Kərimli və Cəmil Həsənlini yaxın dostu hesab edir. Lakin bir zamanlar həmin Məmmədov iclaslarda çıxışı zamanı onları açıq şəkildə qınayıb və avropalı diplamatlar qarşısında ifşa etdiyindən qürurlanırmış. Çünki Arif Məmmədov kimilər üçün tək müqəddəs – puldur. Və Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyil.

Çünki Vətən təəssübü, yurd sevgisindən məhrum olan bu başıpozuq dəstənin üzvlərinin sosial şəbəkələrdəki ölkəmizin əleyhinə olan çıxışları onların savadsız, kütbeyin, intellektsiz, dar dünyagörüşə, xəyanətkar xislətə, idraksızlığa malik olduqlarına dəlalət edir. Təfəkkür olmadığı təqdirdə insan dəryada istiqamətini itirmiş gəmi kimidir. Bu torpağın suyunu içib, çörəyini yeyən, sonra da ona qarşı xəyanət yolunu tutan bu mühacir müxalifət qaragüruhunda zərrə qədər idrak, Vətənə məhəbbət olsaydı onlar xeyiri şərə dəyişməz, məskunlaşdıqları ölkələrdə xüsusi xidmət orqanların və anti-Azərbaycan dairələrin toruna düşməzdilər. Dünya erməniliyinə xidmət edən bu antimilli ünsürlər bunun əksini edirlər. Bütün milli-mənəvi dəyərlərə, əxlaqi-insani keyfiyyətlərə zidd hərəkətlərə yol verərək internet TV-lərdə ermənipərəst dairələrin sifarişlərinə uyğun olaraq Azərbaycanın əleyhinə şər-böhtan kampaniyası aparır, sağa-sola təhqir və söyüş püskürürlər. Buna görə də bu gün cəmiyyətimiz, hər bir Azərbaycan vətəndaşı erməni lobbissi ilə çiyin-çiyinə verərək eyni cəbhədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, onun beynəlxalq imicinə ləkə yaxmaq üçün dəridən-qabıqdan çıxan, erməni fondlarının maliyyələşdirdiyi satılmış, xəyanətkar və mənfur mühacir müxalifətə qarşı prinsipial və güzəştsiz olmalıdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə