Ölkəsində "xain" elan edilən Ermənistanın baş naziri Nikol Paşinyana qarşı qəzəb dayanmır. Ölkənin cənubundakı İran sərhədinə yaxın Mehri şəhərini seçkilərdən əvvəl ziyarət edən Paşinyan bölgə xalqı tərəfindən etirazla qarşılanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Paşinyanın kartejinin qəzəbli insanlar tərəfindən dayandırıldığı bildirilib. Paşinyana reaksiya göstərən yerli əhali "Çıxın, burada sizin bir işiniz yoxdur" deyib.
Qeyd edək ki, ötən həftə Paşinyan Dağlıq Qarabağ müharibəsində həlak olan bir erməni əsgərinin məzarına çiçək qoymağa çalışarkən yaxınlarının sərt reaksiyası ilə qarşılaşıb.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB