30 il əvvəl Qorbaçovun aldığı Qarabağ rüşvəti... - Cənubi Koreya qambiti

30 il əvvəl Qorbaçovun aldığı Qarabağ rüşvəti... - Cənubi Koreya qambiti

20 aprel 1991-ci ildə Cənubi Koreyanın Çecudo adasında bu ölkənin prezidenti Ro De U ilə SSRİ-nin ilk və son prezidenti Mixayill Qorbaçov arasında Sovet hakimiyyətinin - dünyanın supergüçünün taleyini həll edəcək bir görüş, bir hadisə oldu. Koreya prezidenti kommunist həmkarına qaneedici şərtlərlə kredit verməyə razı olduğunu və bunun əvəzində Qorbaçovdan Cənubi Koreyanın BMT üzvlüyünə qəbulunda və Şimali Koreya ilə münasibətlərin normallaşdırılmasına dəstək verməsini xahiş etdi. Qərara alındı ki Cənubi Koreyanın iri şirkətləri SSRİ iqtisadiyyatına investisiya qoysun. Bu da təsadüfi deyildi, çünki SSRİ-də son illər baş verən dəyişikliklər koreyalı iş adamlarını bu ölkə ilə əlaqə qurmağa həvəsləndirmişdi.

... 25 fevral 1988-ci ildə Cənubi Koreyada keçirilən prezident seçkilərində 36,6 səs qazanan Ro De U hakimiyyətə gəldi. O "Yeni hərbçilər" qrupunun üzvü və keçmiş prezident Çon Du Xvan hakimiyyətində əsas fiqurlardan biri sayılırdı. Koreyalılar keçmiş prezidentin hakimiyyətdə olduğu müddətdə yol verdiyi qanunsuzluqlara görə yeni hakimiyyətdən onun cəzalandırılmasını tələb edirdilər. Yeni hakimiyyət isə elə görüntü yaradırdı ki, guya bu məsələ ilə bağlı ciddi tədqiqat aparılır.

Ro De U-nun hakimiyyətə gəlməsi Varşava müqaviləsinin ləğv olunduğu vaxtla üst-üstə düşdü ki, bu da yeni prezidentin bundan səmərəli istifadə etməyə sövq etdi. Belə ki, yaranmış şərait yeni prezidentin manevr imkanlarını artırdı və o keçmiş sosialist olkələri ilə əlaqələri genişləndirməyə, yerli iş adamlarına, iri şirkətlərə yeni iqtisadi məkanlar, bazarlar əldə etməyə, yatırımlar qoymağa imkanlar yaratdı. Bu siyasət, əslində yerli biznes adamlarının ürəyindən idi, ona görə də prezidentin siyasətini dəstəkləyirdilər. Ona görə də Koreya rejimi fürsəti əldən verməyərək Macarıstan, Polşa və Yuqoslaviya ilə əlaqələri genişləndirmək qərarına gəldi.

Mixayil Qorbaçovla Ro De U-nun San Fransiskoda 4 iyun 1989-cu ildə tarixi görüşü isə Asiya ölkələrinin beynəlxalq münasibətlər baxımından XX əsrin son iki onilliyiyinə qədər görünməmiş bir hadisə kimi xarakterizə edilə bilər. Bir neçə saatlıq görüş SSRİ ilə Cənubi Koreya arasında uzun sürən düşmənçiliyə son qoydu.

Əslində Ro De U-nun məqsədi Şimali Koreyanı neytrallaşdırmaq, Kim İr Sen rejimini devirmək, yarımadada yalnız Koreya dövlətinin varlığını təmin etmək idi. Halbuki, Cənubi Koreya ilə SSRİ-nin yaxınlaşması, müqavilələrin bağlanması Şimalda - kommünist Koreyada narahatlıq doğurdu, sərt reaksiyaya səbəb oldu. Həm də Şimali Koreyada SSRİ-nin bu addımı atması başa düşülmədi, Cənubda ABŞ-ın hərbi birlikləri olduğu haqda SSRİ-nin burada bu və ya digər şəkildə varlığı sualı hər kəsi düşündürsə də Qorbaçov bundan heç narahat deyildi. Çünki plan başqa idi...

... Qorbaçov Tokioda baş nazir Tosiki Kayfu ilə görüşdən sonra yolüstü Şənubi Koreyaya getdi. Qorbaçovun Yaponiyaya səfəri ikitərəfli iqtisadi əlaqələr, Kuril adaları məsələsi və sülh müqaviləsinin imzalanması idi.

SSRİ-Cənubi Koreya sammiti 19-20 aprel 1991-ci ildə Çecudo adasındakı Shilla otelində baş tutdu. Qorbaçovun səfərindən istifadə edən, o cümlədən Sovet hökumətinin ödəmələrdə çətinlik çəkdiyini nəzərə alaraq Koreya tərəfi kreditlərin artırılması qərarına gəldi. Sovet İttifaqına 3 milyard dollar verilməsi planlaşdırıldı. Bunun əvəzində Cənubi Koreya BMT-yə üzv olmaqda və Şimali Koreya ilə münasibətləri normallaşdırmaqda SSRİ-nin köməyinə bel başlaya bilərdi. KİV Qorbaçovun bu səfərini Seulla Moskva arasında dostluğun başlanğıcı kimi şərh edirdi.

Qorbaçovun Koreyaya səfəri həm də qalmaqalla yadda qaldı. General Leonid İvaşkov SSRİ prezidentin Qərb liderləri, həmçinin Cənubi Koreya prezidenti ilə olan münasibətlərini "cansıxıcı" kimi şərh edir. "Ələ alınmaq barədə heç danışmaq istəmirəm, bizim düşüncəmizə görə Cənubi Koreya lideri Ro De U tərəfindən Qorbaçova əlbəəl verilmiş və SSRİ Prezidentin aparat rəhbəri Valeri Boldinin seyfində saxlanılan 100 min dollarlıq qəbz birbaşa rüşvət idi. Əgər ABŞ və beynəlxalq təşkilatlar tərəfindən Qorbaçova təqdim edilmiş mükafatlar SSRİ-nin bəzi güzəştlərə getməsinə hesablanmışdısa, Ro De U-nun verdiyi iri həcmli pul kütləsi başqa mətləblərdən xəbər verirdi", deyə L.İvaşkov xatirələrində yazır.

Qorbaçova Cənubi Koreya lideri tərəfindən verilmiş 100 min dollarlıq rüşvət barəsində SSRİ-nin vitse-prezidenti, üsyankar Gennadi Yanayev də 2010-cu ildə çap etdirdiyi "FHDK Qorbaçova qarşı: SSRİ uğrunda sonuncu döyüş" («ГКЧП против Горбачева: последний бой за СССР») kitabında yazıb: "Ro De U çoxsaylı nümayəndə heyətinin və jurnalistlərin gözü qarşısında 100 minlik bank qəbzini Qorbaçovun cibinə qoydu. İstənilən normal ölkədə bu hadisəyə görə dövlət başçısını ən azından istefaya göndərərdilər, mən hələ onun barəsində digər hüquqi tədbirlərin görülməsini demirəm. 20 ildən çoxdur ki, biz normal ölkə sayılmadığımız üçün məsələyə hüquqi qiymət verilmədi, Qorbaçov cəzasız qala bildi".

Cənubi Koreya prezidenti Ro De U isə bu və digər cinayətlərinə görə vəzifəsini və azadlığını itirdi, 22 il həbsxana cəzasına məhkum edildi.

"Bəs Qorbaçova verilmiş həmin rüşvətin Qarabağla nə əlaqəsi", deyə oxucular soruşa bilər. Məsələ burasındadır ki, həmin hadisəyə qədər heç bir dövlət başçısı, ictimai və siyasi xadim, biznes adamı cürət edib SSRİ rəhbərinə hansısa şirnikləndirici, həvəsləndirici, ələ alıcı təklif edə bilməmişdi. Bu hadisə isə çoxdan marıqda yatmış erməni lobbilərini oyatdı, onları hərəkətə gətirdi, Qorbaçova və onun ətrafına müxtəlif ölçüdə və qiymətdə "bəxşişlər" axmağa başladı.

Amerikada Sovet İttifaqınin başçısı Mixail Qorbaçova ermənilər tərəfindən verilmiş briliyant üzük də Qarabağa görə verilmiş "beh" idi, desək yanılmarıq. Briliant üzük Mixayil Qorbaçovu sələflərindən fərqləndirməyən "qara ləkə" idi. Vaxtilə I Pyotra verilmiş erməni hədiyyələri sayəsində ruslar ermənilər üçün Qafqazı işğal etmişdilər. Mixayil Qorbaçova, daha doğrusu onun arvadı Raisa Maksimovnaya ermənilər tərəfindən verilmiş briliyant üzük sayəsində ruslar böyük bir imperiyanı dağıtdılar, Azərbaycan və Qafqazın rusların əlindən çıxmasına səbəb oldular.

Sonda xüsusi olaraq qeyd edək ki, Mixail Qorbaçovun arvadı Raisa Maksimovnaya briliyant üzüyün verilməsi təklifi erməni kilsəsi tərəfindən verilmişidir.

Bütün xəbərlər Facebook səhifəmizdə