Vüqar Rəhimzadə: “20 il ərzində ölkəmiz çox narahat doğuran məqamlar yaşamaqla yanaşı, həm də çox uğurlu yol keçib” - AÇIQLAMA

Vüqar Rəhimzadə: “20 il ərzində ölkəmiz çox narahat doğuran məqamlar yaşamaqla yanaşı, həm də çox uğurlu yol keçib” - AÇIQLAMA

"Hər bir Azərbaycan vətəndaşı üçün böyük şərəfdir ki, o müstəqil Azərbaycan dövlətinin vətəndaşıdır. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir sakin üçün müstəqillik çox dəyərlidir, böyük əhəmiyyətə malikdir". Bu sözləri SəsTV-nin bugünki qonağı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Dövlət Müstəqilliyimizin yenidən bərpasının 20 illik yubileyi ilə bağlı verdiyi açıqlamasında deyib.

Baş redaktor hesab edir ki, vətəndaşın formalaşmasında müstəqil dövlətin fəaliyyət göstərməsi çox əlamətdar hadisədir.

Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20 illik yubileyi ilə bağlı dövlət başçısı İlham Əliyevin xüsusi fərmanı olduğunu xatırladan baş redaktor söyləyib ki, həmin fərmana əsasən dövlət müstəqilliyimizin 20 illik yubileyi geniş şəkildə qeyd olunmalıdır.

Açıqlaması zamanı bu müddət ərzində ölkəmizdə baş verən hadisələr haqqında danışan V.Rəhimzadə söyləyib ki, 20 il ərzində ölkəmiz çox narahat doğuran məqamlar yaşamaqla yanaşı, həm də çox uğurlu yol keçib.

"Müstəqilliyin ilk illərində ölkəmizdə xaos, anarxiya siyasi və silahlı qruplaşmaların mövcud olsa da, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə həqiqi müstəqilliyin bərpası ilə bağlı çox böyük işlər görüldü. Hesab edirəm ki, müstəqilliyin bərpası Ulu Öndərin yenidən hakimiyyətə gəlməsi ilə üst-üstə düşür. 1991-1993-cü ilə qədər Azərbaycan demək olar ki, xaos dövrünü yaşayıb. Amma 1993-cü ildən sonra çox böyük nailiyyətlər əldə etdik. Siyasi sabitliyin bərpa olunması, iqtisadiyyatın tənəzzüldən tərəqqiyə doğru irəliləməsi, 1994-cü ildə " Əsrin müqaviləsinin imzalanması, bu kimi digər uğurları sadalamaq olar ki onlar Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələrindən biridir"- deyə baş redaktor qeyd edib.

V.Rəhimzadə həmçinin bildirib ki, Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi məhz Naxçıvan Ali Məclisinin qərarı, ümummilli lideri Heydər Əliyevin imzaladığı sənədlə ilk dəfə olaraq Muxtar Respublikada qaldırılıb. Onun sözlərinə görə, ölkəmizdə 1995-ci ildə xalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasının qəbul olunması, müstəqil Azərbaycan parlamentinin formalaşması mühüm və əlamətdar hadisələr sayılır ki, sözügedən hadisələr ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərə təsadüf edir: "Digər məsələrə nəzər saldıqda hesab edirəm ki, bu müddət ərzində çox yüksək, inkişaf yolu keçmişik. Bütün bunlar ulu öndər tərəfindən təməli qoylan siyasətin məntiqi nəticəsidir. Bu gün prezident İlham Əliyev tərəfindən həmin siyasət çox uğurla, yüksək dinamik şəkildə həyata keçirilir. Azərbaycan müasir şəkildə qurulur, ölkəmizin bütün şəhər, kənd və qəsəbələrində böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Bununla da Azərbaycan özünün dünya birliyindəki yerini daha da möhkəmləndirir, mühüm yerlərdən birini tutur. Hesab edirəm ki, ölkəmiz bundan sonra da dayanmadan, sürətlə inkişaf edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə