Bakıda “Təhlükəsizlik problemləri gələcəyin araşdırılması prizmasında” mövzusunda seminar öz işinə başlayıb
Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Xəzər Universitenin dəstəyi ilə Bakıda "Təhlükəsizlik problemləri gələcəyin araşdırılması prizmasında" mövzusunda 4 günlük seminar öz işinə başlayıb. SAM-dan SİA-ya verilən məlumata görə, seminarın qabaqcıl metodologiya ilə keçirilməsi üçün təşkilatçılar tərəfindən "Forsayt Kanada" (Foresight Canada) təşkilatının icraçı direktoru, Minilliyin Layihəsinin Kanada bölməsinin rəhbəri, təhlükəsizlik, konfliktologiya və mübahisələrin həlli üzrə tanınmış kanadalı ekspert, prof. Deyvid Harris Bakıya dəvət olunub.
Eyni zamanda seminarlar prof. D.Harris tərəfindən 24-25 may 2011-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində və 26-27 may 2011-ci il tarixlərində isə Xəzər Universitetində keçiriləcəkdir. Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək seminar müvafiq dövlət orqanlarının işçiləri, təhlükəsizlik və konfliktologiya məsələlərini araşdıran mütəxəssislər üçün nəzərdə tutulubdur. Xəzər Universitetində keçiriləcək seminarda isə beynəlxalq münasibətlər, ictimai-siyasi və humanitar elmlərini öyrənən tələbələr iştirak edəcəkdir. Seminarlar ingilis dilində keçiriləcəkdir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB