Rusiya ilə münasibətlərdə gərginliyin artması barədə Borrell danışdı

Rusiya ilə Avropa Birliyi arasındakı münasibətlər yaxşılaşmır, gərginlik artmağa davam edir. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Josep Borrell deyib.

Borrell, "Rusiya ilə münasibətlər yaxşılaşmır, əksinə, gərginlik müxtəlif istiqamətlərdə böyüyür", deyə xəbərdarlıq edib. Xüsusilə Avropa Birliyinin Aleksey Navalnının səhhətindən narahatlığını dilə gətirməyə davam etdiyini söyləyib.

"Navalnının komandasından bir məktub aldıq. Onun sağlamlıq durumu bizi çox narahat edir" Borrell deyib. O, Rusiya hakimiyyət orqanlarının "Aleksey Navalnının sağlamlıq vəziyyətindən məsul olduğunu" da xatırladıb.

Diqqətə çatdıraq ki, fevral ayında Moskvanın Simonovski Məhkəməsi tərəfindən, “İv Roşe” işi ilə bağlı ümumi rejimli koloniyada 3,5 il müddətinə həbs cəzası ləğv edilən Navalnı bir qədər əvvəl İnstaqram hesabında “dəvət olunan həkimə icazə verilməsi tələbi ilə” aclıq aksiyasına başladığını elan edib, hansı ki, bu barədə RİA Novostiyə onun vəkili Olqa Mixaylova deyib və o qeyd edib ki, bloggerin ayağında və belində ağrılar var. 7 apreldə Navalnının vəkilləri Vadim Kobzev və Mixaylova Navalnının saxlandığı koloniyaya gəliblər, təxminən iki saat yarım orada qalıblar və Mixaylovanın dediyinə görə, Navalnıya Diklofenak və nikotinik turşusu ilə müalicə təklif olunur, lakin o, onları rədd edir.

Avropa diplomatiyasının rəhbəri Ukrayna ilə sərhəddəki təhlükəli vəziyyəti də qeyd diqqətə çatdırıb.
"Ukrayna sərhədlərindəki vəziyyətə, Rusiya qüvvələrinin yerləşdirilməsinə gəlincə, vəziyyət çox təhlükəli olaraq qalır və biz Rusiyanı Ukrayna sərhəddindən qoşunlarını geri çəkməyə çağırırıq", deyə Borrell çağırış edib.
Nəzərə çatdıraq ki, Ukraynalı həmkarı Dmitri Kuleba da bazar ertəsi günü Avropa İttifaqı xarici işlər nazirləri ilə video əlaqə vasitəsi ilə danışacağını xatırladıb. Bundan əlavə, iclasda Çex Respublikasının Rusiyaya qarşı 2014-cü il partlayışlarına və diplomatların qovulmasına görə ittihamları müzakirə ediləcək.

Qeyd edək ki, Qərb dövlətləri son zamanlar Rusiyanın Ukraynada "təcavüzkar hərəkətlərinin" guya güclənməsindən narahatlığını dilə gətirib. Vaşinqton "Rusiya təcavüzünün" artdığını və Krımda, Ukraynanın şərq sərhədində Rusiya qoşunlarının hərəkətini elan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiyanın qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə görə hərəkət etdirdiyini söyləyib. Onun sözlərinə görə, bu heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir. Moskva dəfələrlə Ukraynanın daxili münaqişəsinin tərəfi olmadığını və Kiyevin siyasi və iqtisadi böhrandan çıxmasında maraqlı olduğunu bildirib.
Xatırladaq ki, Çexiya baş naziri Andrey Babiş, şənbə axşamı, səlahiyyətlilərin Rusiya xüsusi xidmət orqanlarının 2014-cü ildə Vrbetitsadaki bir sursat anbarında baş verən partlayışda şübhəli olduğunu söyləyib. Öz növbəsində baş nazirin birinci müavini və xarici işlər naziri Jan Hamacek, 48 saat ərzində ölkəni tərk etməli olan 18 rus diplomatın ölkədən çıxarılacağını söyləyib. Bazar günü Rusiya diplomatlarının Praqadan qovulmasına qarşı cavab tədbirləri açıqlanıb. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə çağrılan Çex Respublikasının səfiri Vitezslav Pivonka, 24 saat ərzində Rusiya Federasiyasının ərazisini tərk etməli olan 20 səfirlik işçisinin “persona non qrat” elan edildiyi barədə məlumat verib. Rusiya Xarici İşlər Nazirliyi, Çexiya Vrbetitasındakı partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı açıqlamaların absurd, əsassız və uzaq, yanlı. düşüncə olduğunu vurğulayıb. Nazirlik, Çexiya səlahiyyətlilərinə sərt etirazını bildirib və Moskvanın cavab verəcəyinə söz verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...