1 İyun "Uşaqların Beynəlxaq Müdafiəsi Günü" münasibətilə xeyriyyə aksiyası keçiriləcək. Bu barədə SİA-ya "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyindən bildirilib.
Məlumata görə, xeyriyyə aksiyası ürək qüsurlu uşaqlar üçün nəzərdə tutulub. "Geniş ürəklər" adlı aksiya 31 may və 1,3,4 iyun tarixlərində \"Park Bulvar\" alış-veriş və əyləncə mərkəzində keçiriləcək. Aksiyaya 31 may saat 17:00-da start veriləcək. Aksiya ərəfəsində Bakının ən böyük əyləncə mərkəzi olan \"Park Bulvar\"da uşaqlar üçün maraqlı fəaliyyət təşkil olunacaq. Aksiyaya qoşulmaq istəyənlər cəmi 2 AZN ödəməklə bu imkandan yararlana biləcəklər. Aksiyanın sonunda toplanmış məbləğ isə ürək qüsurlu uşaqların əməliyyatına sərf olunacaq.
Bildirək ki, aksiya çərçivəsində körpələr üçün hər mərtəbədə müxtəlif oyunlar, maraqlı auksionlar olacaq. Klonların iştirakı, nağıl qəhrəmanları ilə tanışlıq, uşaqların iştirakı ilə konsert proqramı həm balacaların, həm də böyüklərin təəccüb və marağına səbəb olacaq. Balacalar üçün müxtəlif rəsmlərin çəkilməsi və ya əvvəlcədən hazırlanmış naxışların rənglənməsi üçün şərait yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB