Ermənistan XİN "qara siyahı" tərtib edir - Metyü Brayza birincidir

Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyü Brayzanın Bakıda Hərbi Qənimətlər Parkını ziyarət etməsi Ermənistanda geniş rezonans doğurub. "Mənim addımım" fraksiyasından olan deputat Ovannes Ovannesyan Brayzanın "türkyönümlü" siyasət yürütdüyünə görə ona qarşı tədbir görülməsi barədə parlamentə müraciət edib.

Deputat "qara siyahı"nın tərtib olunmasına ehtiyac duyulduğunu israrla bildirib: "Qoy, həmin siyasətçilər bizim tolerantlığımızın bir həddi olduğunu bilsinlər. Onların Ermənistana səfərlərinə embarqo qoymaq lazımdır. Brayzanın məsələsinə gəlincə, ABŞ prezidentinin administrasiyası bu məsələyə aydınlıq gətirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə