Ermənistanın sonsuz rüsvayçılığı və rəzaləti TƏHLİL

Ermənistanın sonsuz rüsvayçılığı və rəzaləti TƏHLİL

Bakı ilə İrəvanın siyasi davranış modelləri, tərzləri, yanaşmaları tamamilə fərqlidir. Bu fərqin nədən ibarət olduğu hər kəsi düşündürdüyü kimi, demək olar ki, elə hər kəsə də bəllidir. Azrbaycan tərəfi qalib statusu fonunda belə müəyyən iş birliyi, problemlərin aradan qaldırılması, komunikasiyaların açılması təklifləri etdiyi halda, Ermənistan tərəfi məğlub, özü də rüsvayçılıqla məğlub olması fonunda tələb və təklifləri hədəfə götürür, hətta etikadan kənar şərh də edir.

Bakı hər kəslə ayrı-ayrılıqda dostdur və bütün qonşuları ilə, qonşu dövlətlərlə tərəfdaşlıq, əməkdaşlıq münasibətlərini qoruyub saxlayır. İrəvan isə qonşu dövlətləri ittiham da edir, günahlandırır da, yardım da diləyir və münasibətlərinin yaxşılaşdırılması istiqamətində bircə addım belə atmır, əksinə, münasibətlərin korlanması üçün az qala əlindən gələni edir. Bax, həqiqətən də fərq bundan ibarətdir və iki ölkənin bir-birindən ən böyük və qabarıq fərqi odur ki, Azərbaycan hakimiyyəti inkişafa, mövcud çətinliklərin həllinə doğru istiqamətlənən daha aydın münasibət sərgilədiyi halda, işğalçı ölkə hakimiyyətindən bir növ, “kabus davranışı” görürük.

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışından sonra bu ölkə gündəmində nələrin müzakirə olunduğunu müşahidə etmək kifayət edir ki, işğalçı ölkənin hansı durumda olduğu barədə müfəssəl qənaətə gəlinsin. Bütün siyasi qüvvələr Ermənistanın məğlubiyyətində günahkar axtarır. Daha dəqiq desək, hamı günahkar axtarır, elə günahkarlar özləri də günah keçisi axtarışındadırlar. Maraqlıdır, o zaman günahkar kimdir və belə axtarışla kim günahkar bəllənəcək? Bir halda ki, tərəflər məsuliyyəti bir-birinin üzərinə atır kiminsə günahkar olduğu konkret olaraq çətin ki, elan edilə.

İşğalçı ölkədə daha fərqli bir ənənə, tendensiya müşahidə edilir və hamı ittihamla çıxış edir və hər kəs kimisə ittiham etməkdən başqa niyyətdə deyil. Yəni cavabdehlik, məsuliyyət haqqında kiminsə düşünmək fikrində olmadığı göz önündədir. İş o yerə çatıb ki, hətta ideoloji baxımdan bir-birinə yaxın olan Ter-Petrosyanla Paşinyan da bir-birlərinə qarşı ittihamlar səsləndirirlər. Yaxşı, əgər bunların heç birində günah yoxdursa, bu halda günah kimdədir?

Bəzi qüvvələr iddia edirlər ki, “Ermənistan və Azərbaycan ancaq beş ay əvvəl müharibə vəziyyətində olub” və dərk etmirlər, yaxud dərk etmək istəmirlər ki, bu, axmaqlıq və yalandır. Ermənilərin münaqişəsi, düşmənçiliyi uzun müddətdir davam edir. Uzun müddətdir ermənilər Azərbaycan ərazilərinə göz dikiblər və bu əraziləri özününküləşdirmək, işğal etmək üçün ən rüsvaycı müxtəlif yollara əl atırlar ki, bunlardan da biri terrorçuluq və separatçılıqdır. İllər uzunu, əsrlər boyu mədəni irsimizi, tarixi abidələrimizi dağıtmaqla, yaxud rekonstruksiya etməklə, əl gəzdirməklə, öz adlarına çıxmaqla çoxdandır ki, belə qəsbkarlıq siyasətinə xidmət edən ermənilər indi hansı üzlə deyirlər ki, münaqişə və müharibə vəziyyətində beş ay bundan əvvəl olub Ermənistan? Bu düşüncəyə, bu ağıla qulluq etmək özü də rüsvayçılıq, rəzalət deyilmi? Mənfur qonşular nəzərə almalıdırlar ki, belə torpaq iddiası ilə həyasızlıq etməkdə davam edəcəkləri təqdirdə rüsvayçılıqları, rəzalətləri də davam edəcək, özü də sonsuza qədər.

Hazırda Ermənistan hakimiyyəti “hərbi əsirlər” mövzusunu dövriyyəyə buraxıb və bununla da öz müqəddəratı üçün çalışır. İndi “hərbi əsirlər” mövzusunu gündəmdə görmək istəyən Ermənistan rəhbərliyi bu bəhanə ilə hakimiyyət müddətlərini uzatmaq istəyindədir. Amma alınan deyil, çünki qarşılarında yeni bir reallıq var və bu da ondan ibarətdir ki, ermənilərin indi hərbi əsir adlandırmağa çalışdıqları heç də hərbi əsirlər deyillər. Hərbi əsirlər hərbi əməliyyatların getdiyi dövrdə saxlanılan, tutulan əsirlərə deyirlər. Amma, indi Ermənistan hakimiyyətinin hərbi əsir kimi qələmə verməyə çalışdığı erməni əsillilər, hansıki, Paşinyan kapitulyasiya sənədini imzaladıqdan sonra Azərbaycan tərəfindən tutulub, onlar sadəcə terrorçular, separatçılardır. Onların isə mühakiməsi və barələrində görüləcək tədbirlər beynəlxalq hüquq normaları çərçivəsində, eləcə də ölkə kanstitusiyasının tələblərinə əsasən olacaq ki, erməni səlahiyyətlilər, eləcə də erməni cəmiyyəti başqa heç nəyə ümid etməsinlər. Əks halda bu istiqamətdə də rüsvayçılıqları, rəzillikləri sonsuza qədər davam edəcək.
Ümumiyyətlə, Ermənistanda ayıb, rəzalət, rüsvayçılıq məvhumuna, anlayışına tamamilə fərqli şəkildə yanaşılır.

Ermənistanda tərəfdaşlara, əməkdaşlara xəyanət açıq şəkildə ayıb sayılmır. Ayıb sayılan bircə məsələ var ki, o da ermənilər tərəfindən qəsb edilmiş, işğal edilmiş torpaqları sahiblərinə qaytarmaqdır. Axı bu kütlə mövcudluğundan bu vaxta qədər kimlərinsə hesabına, kimlərinsə torpaqları hesabına dövlət qurub və suveren, müstəqil dövlətçilik arzularını gerçəkləşdirməyə yaxın olublar. Ona görə yaxın olublar, gerçəkləşdirməyiblər ki, Ermənistan Azərbaycan dövlətindən fərqli olaraq daim Rusiya və İran kimi qonşu dövlətlərin, eləcə də Fransa kimi fövqəl Avropa və ABŞ kimi fövqəl dünya dövlətlərinin təsiri altında, bir növ asılı kimi var olub. Bu ölkənin öz tarixi barədə dünyaya təqdim etdikləri də düzgün olmayıb və saxta tarix olaraq qəbul olunur. Öz torpaqları olmayan, ərazilərə köçkün kimi, sığınacaq olaraq köçürülən ermənilər hər zaman torpaq arzusunda olublar və “qopardıqları torpaqları” öz əraziləri kimi görməyə, daha doğrusu göstərməyə çalışıblar. Buna müvffəq olmayan, yaxud bu torpaqları əldə saxlaya bilməyən səlahiyyətlilər yalnız onların gözündə xain sayılır ki, bu özü də anormal yanaşmadır.

Bir daha diqqətə çatdırmaq istərdik ki, Bakı hər kəslə, ABŞ ilə, bəzi Avropa Birliyi ölkələri ilə, Çinlə, Rusiya ilə, Belarusiya ilə, Qazaxıstan ilə, Ukrayna ilə, İsrail ilə və digər ölkələrlə ayrı-ayrılıqda dost münasibətdədir. Bəs Ermənistan necə? Hansı ölkələrlə dostluq münasibətlərinin olduğunu demək olar? Bəlkə də hansısa ölkə ilə müəyyən bir mənada yaxınlıq müşahidə oluna bilər, amma bu ölkə ilə də dostluq münasibətindən danışmaq mümkün deyil. Çünki, Ermənistan üçün ümumi maraqlar, tərəfdaşlıq və əməkdaşlıq məsələləri deyil, öz işğalçılıq mövqeyi vacib hesab olunur ki, bununla da döstluq münasibətləri qurmaq mümkünsüzdür, heç bundan sonra ermənilərin buna ümidləri belə yoxdur.

Ermənistan vətəndaşları ölkədə hakimiyyəti elə adamların əlinə veriblər, elə adamlara həvalə ediblər ki, onlardan ancaq bir növ kabus davranışı görürük. Bunun ermənilər özləri də fərqindədirlər. Əslində, erməni cəmiyyəti öz həyatını yaxşı etmək üçün onlara hakimiyyəti həvalə edib, amma yanıldığını da dərk edib və indi haqlı olaraq geri tələb edir. Çünki, səlahiyyətlilər, Ermənistan hakimiyyəti onların həyatlarını yaxşılaşdırmaq əvəzinə, tam bir kabusa və xəcalətə çevirdilər. Özü də hələ sonu görünməyən bir xəcalətə və rüsvayçılığa. Təkcə hazırki Ermənistan hakimiyyəti deyil, bundan əvvəlkilər də elə düşmənçilik, elə rəzalət toxumları səpiblər ki, bu rüsvayçılıq erməni cəmiyyətinin alnında ləkə olaraq uzun müddət, əsrlərlə qalacaq. Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə Ermənistan təkcə məğlubiyyətlə deyil, sonsuz rüsvayçılıq və rəzalətlə qarşılaşmalı oldu. Məhz mif kimi qələmə verdikləri ordularının, silahlı qüvvələrinin bir puç, bir heç olduğu rəzaləti ilə qarşılaşdılar ermənilər. Ermənilərin alnında əbədi olaraq məğlub xalq damğası və rüsvayçılığı, rəzaləti qaldı. Əgər, erməni cəmiyyəti və Ermənistan hakimiyyəti reallıqları olduğu kimi qəbul etməzsə bu rüsvayçılıq sonsuza qədər onları izləyəcək və bir an belə sakit buraxmayacaq, bir-birinin ardınca faciələrlə üz-üzə qoyacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə