Paşinyan iqtisadi əlaqələrin bərpası üçün zəmin hazırlayır? - ŞƏRH ÖZƏL

“Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyətə gəldikdə, onun əsas planı Qarabağ münaqişəsinin istənilən yolla həlli və Ermənistanı bunun müqabilində iqtisadi blokadadan çıxarmaq olub. İlk təşəbbüslərində danışıqlar yolu ilə buna getmək üçün cəhdlər etdi və prezident İlham Əliyevdən vaxt istədi. Ölkədə daxili siyasi vəziyyəti normallaşdırqdıqdan sonra buna gedəcəyinə söz vermişdi. Amma, danışıqlar yolu ilə ərazilərin qaytarılmasını daxildə ona qarşı kəskin bir etiraz formalaşacağının fərqində olduğu üçün bu yoldan imtina etdi. Həmçinin əvvəlki hakmiyyətin apardığı danışıqlar prosesindən imtina etdi. Çünki, anlayırdı ki, bu imitasiyadır və status-kvo Ermənistanın deyil, Rusiyanın maraqlarına xidmət edir. Bununla ölkəsini dalandan çıxara bilməyəcək və ölkə dərin uçuruma yuvarlanacaq. O, Ermənistanda hərtərəfli inqilab edib, ölkəsini yeni hədəfə doğru aparmaq planını işə saldı. Nə etməli idi, bunun üçün. İlk növbədə danışıqları dayandırıb, müharibəyə getmək. Ermənistan üçün çıxış yolunu bunda görürdü. Əraziləri Azərbaycana qaytarmaq üçün əlavə variant xəstə erməni cəmiyyətinin "qalib obrazı" qarşısında devrilə bilərdi”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, sonuncu variant müharibəyə getmək idi: “Paşinyan yaxşı bilirdi ki, ölkəsi bu müharibədə uduzacaq. Amma bunun müqabilində nəticədə regionda yeni bir nizam formalaşacaq. Ötən gün Paşinyan Təhlükəsizlik Şurasının iclasında eks-prezident Levon Ter- Petrosyanın 2018-ci ildə torpaqları qaytarmaq lazım olduğunu ona dediyini vurğuladı. Amma bunu necə edəcəyi onun üçün çətin olduğunu düşünürdü. Göründüyü kimi Paşinyan müharibə variantına üstünlük verərək ölkəsini bu vəziyyətdən çıxardı. Hazırda kommunikasiyaların açılması və bu ölkə ilə sülh müqaviləsinin bağlanması gündəmdədir. Prezident İlham Əliyev ADA -da çıxışında Ermənistanla sülh müqaviləsinə hazır olduğunu elan etdi. Bu, Azərbaycanın sülhün bərqərar olmasına verdiyi seansiyalı bir bəyanatdır”.

M.Əsədullazadə bildirib ki, Ermənistana sülh təklifi irəli sürüldü: “Ötən gün Baş nazir Nikol Paşinyan "azərbaycanlılar düşmənimizdi"- desə də, bunun hara qədər davam edəcəyini sual etdi. Göründüyü kimi, Baş nazir Nikol Paşinyan xalqına düşmənçiliyi arxaya keçirməsini iqtisadi əlaqələrin bərpası üçün zəmin hazırlayır. Qeyd edim ki, Baş nazir Nikol Paşinyan seçkilərdə qələbə əldə etdikdən sonra, Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olacağını elan edəcək. Amma Moskvanın bu prosesə mane olacağı mümkündür. Hətta erməni Baş nazir Azərbaycanla əlaqələrin bərpası müqabilində Azərbaycanın şərti olan separtçıları dəstəkləməmək təklifini qəbul edə bilər. Ermənistanda siyasi vəziyyət mürəkkəb olaraq qalır. Rusiya Ermənistanda yeni hərbi baza açır və bu ölkənin ordusunu yenidən formalaşdırır. Bunun da əsas səbəbi revanşistləri hakimiyyətə gətirib, ümumi vəziyyəti böhrana sürükləməkdi.Təbii ki, Azərbaycan Ermənistanda siyasi vəziyyəti diqqətlə izləyir. Prezident İlham Əliyevdə Ermənistanda revanşizmə səssiz qalmayacaqlarını mesajını verir. Bu, Azərbaycanın artıq regionda güclü olmasını diktə edir. Fikrimcə, ilk növbədə Ermənistan Azərbaycanın şərtlərini qəbul etməli və ərazi bütövlüyümüzü tanımalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə