YAP Şamaxı rayon təşkilatının fəalları qaziləri ziyarət ediblər

YAP Şamaxı rayon təşkilatı Vətən müharibəsi qaziləri Şamaxı rayon Quşçu kənd sakini 1994-cü il təvəllüdlü, könüllü Muradov Elvin Elimxan oğlu və Şamaxı rayon Həmyəli kənd sakini 2001-ci il təvəllüdlü, əsgər Səfərov Elvin İbrəhim oğlunu ziyarət etmişlər. Qazi Muradov Elvin Elimxan oğlu 16 oktyabr Suqovşanda mərmi partlaması nəticəsində qıçından və qarın nahiyəsindən ağır yaralanmışdır. Qazi Səfərov Elvin İbrəhim oğlu da 21 oktyabr Xocəvənd rayonunda qıçından ağır yaralanmışıdr. Hər iki qazimiz “Cəsur Döyüşçü” medalı ilə təltif olunublar.

Qazilərin özləri və ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə