Putin Paşinyanla nəyi müzakirə edəcək? Dmitri Peskov

Rusiya və Ermənistan rəhbərləri çərşənbə günü keçiriləcək danışıqlarda ikitərəfli gündəliyin məsələlərini, habelə Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər. SİA xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi müsahibədə bu barədə açıqlama verib.

O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş yaxın vaxtlarda başlayacaq və Ermənistan hökumətinin başçısı artıq Moskvaya gəlib.

“Danışıqlar üçün mövzulara gəldikdə, bu, əlbəttə ki, ikitərəfli bir gündəliyimizdir, aktiv hökumətlərarası komissiyamız var və bunlar inteqrasiya prosesləridir. MDB çərçivəsində və Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində əməkdaşlığımız, qarşılıqlı fəaliyyətimiz var”, deyə Peskov bildirib.

Xatırladaq ki, bununla əlavə, Vladimir Putin və Nikol Paşinyan, şübhəsiz ki, Qarabağla bağlı üçtərəfli bəyanat məsələlərini və dinc həyatın qurulması, nəqliyyat infrastrukturunun blokunun açılması məsələlərini müzakirə edəcəkləri gözlənilir. Qeyd edək ki, bir qədər əvvəl Paşinyanın mətbuat katibi Mane Qevorqyan Ermənistanın baş nazirinin artıq Moskvada olduğunu bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...