COVID-19-a rekord yoluxma Fransada qeydə alınıb

COVID-19-a rekord yoluxma Fransada qeydə alınıb

Avropada koronavirusa yoluxma hallarının sayı sürətlə artır. SİA xəbər verir ki, ölkənin yerli mətbuat səhifələrinin məlumatına görə, Fransada artıq üçüncü milli karantin artıq tətbiq olunub və bununla belə gündəlik yoluxma 60 mindən çox qeydə alınıb ki, bu da rekord göstəricidir.

Qeyd edək ki, əvvəllər ikiqat mutasiya ilə yeni bir koronavirus növünün aşkarlandığı Hindistanda yalnız bir gündə 100 mindən çox yoluxmuş şəxs təsbit edilmişdi. Onu da diqqətə çatdıraq ki, peyvəndin onun qarşısını almağa qadir olub-olmadığı hələ dəqiq deyil.

Xatırladaq ki, İngiltərədə ancaq məhdudiyyətlərin çoxu gələn bazar ertəsindən etibarən qaldırılacaq. Mağazalar, restoranlar, fitness mərkəzləri və pablar açılacaq. Baş nazir, həmçinin mayın 17-dək beynəlxalq uçuşları bərpa etməyə çalışacaqlarına da söz verib. Bütün bunların da təbii ki, kütləvi peyvənlənmə sayəsində olacağı bildirilir. Yeni infeksiya dalğası səbəbindən bütün ölkələr indi Olimpiya Oyunlarında iştirakdan imtina etməyə başlayıblar.
Şimali Koreya da bəyan edib ki, vətəndaşlarının sağlamlığını riskə atmamaq üçün iştirak etməyəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə