Hər altıncı ailə yemək almaq üçün pul çatışmazlığı ilə qarşılaşır ABŞ-da

Hər altıncı ailə yemək almaq üçün pul çatışmazlığı ilə qarşılaşır ABŞ-da

Təxminən 22 milyon amerikalı qida məhsulları üçün vəsait, pul çatışmazlığı ilə qarşılaşır. SİA RenTV-yə istinadən xəbər verir ki, “Business Insider”-ə görə, bu çatışmazlıq, hər 6 ailədən birinə aiddir.
Qeyd olunur ki, yanvar ayında ABŞ prezidenti Co Bayden ehtiyaclı ailələrə ehtiyac duyduğu qidanı əldə etmək üçün daha çox kömək etmək əmri verib. Proqram böyük miqyasda həyata keçirilməyə başlayıb və ayda bir milyard dollardan çox vəsait, yemək markası şəklində ayrılıb.
İqtisadçılar qeyd etdilər ki, ABŞ tarixində bu qədər geniş miqyaslı yardım olmayıb. Ancaq bu, zəruri bir tədbir olub, çünki pandemiya milyonlarla ailənin büdcəsinə zərbə vurub.
Biden, əvvəlki Ağ Ev rəhbərliyinin ölkədəki koronavirusa qarşı peyvənd etmə səylərini uğursuzluq adlandırıb. 2020-ci ildə ABŞ vətəndaşlarının federal hökumətin təcili və diqqət mərkəzli hərəkətlərinə ümid edə bilmədiklərini qeyd edib.
Xatırladaq ki, pandemiya başlayandan bəri ABŞ-da 554 mindən çox insan koronavirusdan ölüb. İqtisadçıların da qeyd etdiyi kimi, bu ölkədə pandemiya milyonlarla ailənin büdcəsinə zərbə olub və hazırda hər altı ailədən biri aclıq və ehtiyac içərisindədir. Hətta həmin ailələrin qida məhsulları almaq üçün belə pulları çatışmır və bu da ölkədə həyəcan təbili çalınır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə