YAP Suraxanı rayon təşkilatında gənclərlə görüş keçirilib FOTOLAR

YAP Suraxanı rayon təşkilatında gənclərlə görüş keçirilib FOTOLAR

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar YAP Suraxanı rayon təşkilatında gənclərlə görüş keçirilib.Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında karantin qaydaları çərçivəsində gənclərlə görüş Azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı zamanı həlak olanların və Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüş zamanı YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov əsrlər boyu xalqımızın başına açılan müsibətlər haqqında danışarkən bildirib ki, heç bir faciə xalqımızın milli ruhunu sındıra bilməyib.

O, əlavə edib ki, Vətən Müharibəsi zamanı əldə olunmuş şanlı qələbə Azərbaycan xalqının milli oyanışının və özünüdərk prosesinin məntiqi sonluğudur. Bu prosesin banisi Ulu Öndər Heydər Əliyev, ən layiqli icraçısı isə Cənab Prezident İlham Əliyevdir. Biz xalq-iqtidar birliyi nəticəsində iki yüz ildən artıq milli kimliyimizə qarşı yönəlmiş erməni faşizmini məhv etməklə regionumuzu bu bəladan xilas etmiş olduq.

Sonra görüşdə iştrak edən YAP-ın sıralarına qoşulmaq arzusunda olan gənclərin bir qismi ilə tanış olan təşkilat sədri Vüqar Seyidov gənclərə öz tövsiyələrini verərək deyib ki, YAP Suraxanı rayon təşkilatını onlar özlərinə doğma ev hesab edə bilərlər. Bütün təkliflərini, layihələrini, fikirlərini eşitməyə hazırıq. Yetər ki, təkliflər cəmiyyətimiz, xalqımız üçün faydalı olsun.

Görüşdə iştirak edən gənclər bir-bir söz alaraq şanlı zəfərimizin qürurunu yaşadıqları üçün özlərini çox xoşbəxt hiss etdiklərini vurğulayıblar. İştirak edənlər arasında Vətən Müharibəsində şəhid olmuş Səlimov Şiralı Vüqar oğlunun bacısı Ülviyyə Səlimova və Vətən müharibəsində sol qolunu itirmiş qazi Elnur Əkbərov da söz alaraq bildiriblər ki, dövlətin və doğma partiyanın qayğısından çox razıdırlar. Məhz bu diqqət və qayğı bundan sonrakı ictimai fəaliyyətlərini YAP-da davam etdirmək üçün onlara stimul olub.

Tədbirin sonunda üzərində şəhid Səlimov Şiralı Vüqar oğlunun təsviri toxunmuş xalça onun ailəsinə təqdim olunub.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə