“Minsk razılaşmaları Donbasdakı vəziyyətin həlli üçün əsasdır” Dmitri Peskov
Ukrayna lideri Vladimir Zelenskiy dövründə Minsk razılaşmaları mövzusunda irəliləyiş olmayıb. SİA Ren TV-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov söyləyib.
"Vəziyyəti çətinləşdirməyə dəyməz, Rusiya prezidenti, Fransa prezidenti, Almaniya kansleri, Ukrayna prezidenti tərəfindən imzalanmış və eyni zamanda iki ölkənin başçıları tərəfindən təsdiqlənən bir Minsk tədbirləri paketi var", deyə Peskov bildirib.
Kreml rəsmisi bu sənədin rəsmiləşdirildiyini və BMT sənədi olaraq dövriyyəyə buraxıldığını və bu gün də Ukraynanın cənub-şərqindəki vəziyyətin həlli üçün yeganə əsas olduğunu söyləyib. Peskovun sözlərinə görə, vəziyyəti həll etmək üçün konkret tədbirlərin həyata keçirilməsinin aydın ardıcıllığı mövcuddur. Tədbirlər məcmusunun, məzmununun, həyata keçirilən tədbirlərin mahiyyətinin və ardıcıllığının vacib olduğunu qeyd edib.
Peskov, Ukraynanın öz öhdəliklərini yerinə yetirmədiyini vurğulayıb.
"Paris danışıqlarının nəticələrindən sonra imzalanan bir sənəd var idi, eyni ilə razılaşmaların əksəriyyəti yerinə yetirilməyib", deyə Peskov əlavə edib.
Xatırladaq ki, 2014-cü ilin aprelində Ukrayna səlahiyyətliləri müstəqilliklərini elan edən hərbi əməliyyata başladılar. Donbasdakı vəziyyətin həlli məsələsi, xüsusən təmas qrupunun Minskdəki görüşləri zamanı müzakirə olunur. Lakin münaqişə tərəfləri arasında yaranan atəşkəs razılaşmalarından sonra da atışmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB