YAP Şəmkir rayon təşkilatı idarə heyətinin iclası keçirilib

YAP Şəmkir rayon təşkilatı idarə heyətinin iclası keçirilib

YAP Şəmkir rayon təşkilatı idarə heyətinin onlayn formatda iclası keçirilib. İclasda idarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər. İclası rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq gündəlikdəki məsələlər barədə məlumat verib və Yeni Azərbaycan Partiyasının bu il mart ayının 5-də keçirilmiş VII qurultayı, qurultayın keçirilməsini zəruri edən səbəblər və qurultayın qəbul etdiyi qərarlar barədə ətraflı məlumat verib. Bildirib ki, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar partiya fəaliyyətinin və dövrün xarakterinə uyğun qurulmasını tələb edir və bunlar qurultayın materiallarında da öz əksini tapıb.

Sonra F.Vəliyev qurultayda Prezident İlham Əliyevin konseptual xarakterli çıxışı ilə əlaqədar görüləcək işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib. Gündəlikdəki məsələlər idarə heyətinin üzvləri tərəfindən geniş müzakirə olunub, rəy və təkliflər səsləndirilib, qərarlar qəbul olunub, rayon təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə