İrəvan polisi müxalifət partiyasının liderini polis bölməsinə aparıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə polis idarəsinin mətbuat xidməti informasiya verib və siyasətçinin niyə saxlanıldığını izah edib, lakin tutulan müxalifət lideri Aram Arutyunyan başqa səbəbləri özü təqdim edib.
İnternetdə yayılan bir videoda da siyasətçinin ofisin qapısını bağlayarkən polis tərəfindən küçədə necə gözlənilməsi, saxlanılması, onu sürücünün yanında sürükləməsi, qollarının bağlanılaraq tutulması və aparılması açıq şəkildə görünür. Onun sözlərinə görə, səlahiyyətlilər onu ümumiyyətlə ofis ərazisindən məhrum etməyə çalışırlar.
"Sputnik Ermənistan" müxbiri hadisə ilə bağlı soruşduqda, polis cavab verib ki, Arutyunyan polis çağırışını cırdığı üçün polis bölməsinə gətirilib.
Qeyd edək ki, Arutyunyanın partiya ofisi Buzand 1/3 ünvanında, meriyaya məxsus bir binada yerləşir. Əvvəllər həmin binada fəaliyyət göstərən bütün media və təşkilatlar əraziləri boşaltmaq üçün çağırış vərəqəsi almışdılar.
Xatırladaq ki, bir qədər əvvəl Arutyunyana qarşı cinayət işi başlanılıb. Baş nazir Nikol Paşinyana qarşı şiddət çağırışları etməkdə günahlandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB