Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq və hərbi ekspert İqor Korotçenko hesab edir ki, Rusiyanın ABŞ-la “mental müharibəsində” geridə qalmasının səbəbi milli ideolojiyasının olmamasındadır. SİA-nın məlumatına görə, politoloq fikirlərini NEWS.ru-ya açıqlamasında qeyd edib, onu da əlavə edib ki, Rusiyanın problemi yalnız milli ideyasının olmamasında deyil, korrpupsiya və sosial parçalanma mühiti də bu problemi artırır.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya KİV-ləri müdafiə nazirliyinin ABŞ-la Rusiya arasında “mental müharibənin” başlandığını yazıblar. Lakin Korotçenko öz ehtimallarında bildirib ki, bu qəbildən olan hibrid müharibələr hər zaman olub, lakin bütün hallarda onlar informasiya təsirlərinə bağlı olurlar.
Buna baxmayaraq, ekspert hesab edir ki, Rusiyada düşüncələrin və ictimai dəyişikliklərin baş verməməsi üçün rusiyalıların dövlətin ədalətliliyinə inanmalarının olması vacibdir.
“Müxtəlif məsələlər haqqında nə qədər istəsən müzakirələr aparmaq olar, ancaq oliqarxiya və xalq bir-birindən ayrıdırsa, onda ictimaiyyətdə pessimizm artmağa başlayacaq və bu da ideolojiyanın dəyişilməsi planına öz nəticələrini göstərəcək. Ona görə də dövlət özünün ədalətli hədəflərində vətəndaşlarına müdafiə və inam təqdim etməlidir”, deyə Korotçenko bildirib.
Hərbi ekspert bildirib ki, rusiyalılar üçün daxili problemlər xarici problemlərdən daha aktualdır: “Sosial parçalanma, hakimiyyətə inamsızlıq, korrpupsiya sistematik xarakter alıb. ABŞ-ın bu cür hallarda Rusiyaya qarşı ideoloji nöqteyi-nəzərdən istifadəsi isə hər zaman olub. Bu, ideyaların mübarizəsidir”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB