Putin peyvənddən sonra özünü yaxşı hiss edir

Putin peyvənddən sonra özünü yaxşı hiss edir

Peyvəndlənmə prosesindən təkcə Rusiya Prezidenti Vladimir Putin deyil, onun yaxınları da keçiblər. SİA-nın məlumatına görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

O jurnalistlərin Vladimir Putinin yaxınları, o cümlədən qızları peyvənd olunublarmı sualına cavabında, "Bildiyim qədəri ilə, bəli. Hətta onlar əvvəl bu prosedurdan keçiblər. Səhv etmirəmsə, Putin özü də bu barədə danışıb", - deməklə cavab verib. Kremlin sözçüsü vurğulayıb ki, dövlət başçısı peyvəndlənmədən sonra özünü yaxşı hiss edir.

Xatırladaq ki, Vladimir Putin martın 23-də vaksinasiyadan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə