Rusiyanın baş naziri Mixail Mişustin Uelsin vəliəhdi Şahzadə Çarlz ilə "ayaq üstə" söhbət edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, onların hər ikisi “Müstəqillik Günü” münasibətilə Afinada keçirilən hərbi paradda iştirak ediblər.
Qeyd olunur ki, Mişustin, Çarlzdan əvvəl Afinadakı “Sintaqma Meydanı”na gəlib. Onun ardınca gələn Şahzadə Rusiya baş nazirinə yaxınlaşıb və qısa bir söhbət ediblər.
Xatırladaq ki, Yunanıstan 1821-1829-cu illərdəki milli azadlıq inqilabının başlanmasının 200 illiyini geniş şəkildə qeyd edir. 1821-ci ildə başlayan milli azadlıq inqilabı nəticəsində Yunanistan 400 illik əsarətdən qurtulub və müstəqil bir dövlət yaradılıb.
Onu da qeyd edək ki, Yunanıstanın baş naziri Kyriakos Mitsotakis, Yunanların milli müstəqillik uğrunda mübarizəsini dəstəkləməkdə əsas rol oynayan ölkələrin, ələlxüsus Rusiya, Fransa və Böyük Britaniya liderlərini və nümayəndələrini dəvət edib. Böyük Britaniyanı Uelsin vəliəhdi Çarlz, Fransanı müdafiə naziri Florens Parley təmsil edib. Kipr Respublikasının Prezidenti Nikos Anastasiades də hərbi parada gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB