Serjin açıqlaması partiyanı çətin seçim qarşısında qoyub Seçkilərdə hansı formatda iştirak ediləcək?

Serjin açıqlaması partiyanı çətin seçim qarşısında qoyub Seçkilərdə hansı formatda iştirak ediləcək?

Ermənistanın Respublikaçılar partiyasının təmsilçiləri Robert Koçaryanla blok yaratmaq ehtimalını praktik olaraq istisna edirlər, baxmayaraq ki, onların çoxu keçmiş prezidentə qarşı simpatiyalarını gizlətmirlər. SİA armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
Qəzet yazır ki, keçmiş hakim Respublika partiyası, bir tərəfdən, yaxınlaşan erkən seçkilərə hazırlaşmağa başlayıb, digər tərəfdən də hələ seçkilərdə hansı formatda iştirak edəcəyini bilmir.
Kütləvi informasiya vasitələrinin məlumatlarına görə, respublikaçıların nümayəndələri partiyanın başçısına təzyiq göstərdiyi, seçkilərdə iştirak etməkdən imtina etdikləri təqdirdə, partiyanın Ermənistandakı siyasi proseslərdən kənar qalacağını bildirirlər. Əsas sual formatın seçilməsidir.
Nəşr qeyd edir ki, Respublikaçılar Robert Koçaryanla blok yaratmaq ehtimalını praktik olaraq istisna edirlər, baxmayaraq ki, partiyanın bir çox nümayəndəsi eks-prezidentə olan rəğbətini gizlətmir və onun lehinə işləməyə hazırdır.
“Seçki siyahısına kimin rəhbərlik edəcəyi məlum deyil, çünki Serj Sarkisyan “siyasi səngərdən” ayrılmaq niyyətində olmadığını bildirdiyindən, eyni zamanda, siyasətdə aktiv rol tələb etmir. Bu baxımdan, Respublikaçılar partiyası çətin bir seçimlə qarşılaşıb və sual budur ki, baş nazirliyə ilk namizəd kim olmalıdır?", deyə nəşr yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə