Rusiya təhlükəli qonşu adlandırılıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, ölkəyə "təhlükəli bir qonşu" adını Jozep Borrel verib.
Rusiyaya məxsus RİA Novosti agentliyi yazır ki, Borrel məhz Rusiyanı təhlükəli qonşu hesab edir. Qeyd olunur ki, bununla yanaşı Borrel rabitə kanallarını xilas etmək üçün çağırış edib.
Xatırladaq ki, bir qədər öncə Borrel Rusiyaya səfər etmişdi və bu səfər Avropa ilə münasibətlərə aydınlıq gətirmək, sanksiyalar barədə müzakirələr aparmaq niyyətində idi. Onu da diqqətə çatdıraq ki, Rusiya tərəfindən xarici işlər naziri Sergey Lavrov Avropalı diplomata sanksiyaların əsassız olduğunu bildirmiş, onu cavabsız qoymamışdı. Hətta səfərdən geri döndükdən sonra bu cavablara görə Avropalı doplomatlar Jozep Borreli tənqid hədəfinə tutmuş, danışıqlarda zəif tərəf kimi günahlandırmışdı. Görünür, Lavrovun cavablarına baxmayaraq, Borrel yenə də öz fikrində qalıb və qarşı tərəfi ittiham etməkdə davam edir. Məhz bu səbəbdən də Avropalı diplomatın Rusiyanı "təhlükəli qonşu" adlandırması anlaşılandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB