Əvvəl paylaşımı sildi, sonra üzr istədi Paşinyanın qərargah rəhbərinin müavini
Paşinyanın qərargah rəhbərinin müavini müxalifət haqqında saxta məlumat yayımlayıb, ancaq sonra yazını, paylaşımını silib və üzr istəyib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, baş nazir aparatı rəhbərinin müavini Taron Çaxoyan Facebook səhifəsində müxalif "Vətənin Qurtuluşu Hərəkatı" nümayəndələrinin Baqramyan prospektinə zibil atdığını iddia etdiyi bir yazı paylaşıb, çox çirklənmiş bir küçənin fotoşəkili ilə "Baqramyan prospekti bu gün" adlı bir yazı yerləşdirib.
Qeyd olunur ki, sonradan şəklin İrəvanla heç bir əlaqəsi olmadığı ortaya çıxıb, Çaxoyan tənqid atəşinə tutulub və o, üzr istəməklə paylaşımını silmək qərarına gəlib.
"Fotonu sildim, çünki əslində, şəkildəki Baqramyan prospekti deyildi. Yalan məlumat yaydığım üçün üzr istəyirəm", deyə Çaxoyan yazıb.
Nəzərə çatdıraq ki, müxalifətçilər 25 fevralda baş nazir Nikol Paşinyanın istefasını tələb edərək, Baqramyan prospektində, Ermənistan parlamentinin binasının qarşısında çadır şəhərciyi qurmuşdular. Bütün bu müddət ərzində prospekt boyunca nəqliyyatın hərəkəti dayandırılmışdı. Martın 23-də isə küçə müxalifəti qərargahını Baqramyan prospektindən Demirçyan küçəsinə köçürmək qərarına gəlib və əslində, müxalifətçilər zibilləri özlərindən sonra təmizləyiblər, amma Paşinyanın qərargah rəhbərinin müavini bunun əksini iddia edən paylaşımla bir növ əks tərəfə, müxalifətə şər atıb.
Xatırladaq ki, saxta fotoşəklin bu il və Yerevanda çəkilmədiyini aşkar edən sosial şəbəkə istifadəçiləri Paşinyanın qərargah rəhbərinin müavinini ifşa edib. Mediaport, fotoşəkilin 2017-ci ildə çəkildiyini, şəkildəki yerin Ukraynanın Melitopolu olduğunu iddia edir.
Onu da qeyd edək ki, Taron Çaxoyan bir aydan çoxdur ki, baş nazirin qərargah rəhbəri Arsen Torosyanın müavini vəzifəsini icra edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB