Ermənistan parlamenti hərbi qulluqçuların istifadəsiz məzuniyyətlərinə görə təzminat məsələsini Milli Məclisin iclasının gündəliyinə daxil etməkdən imtina edib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytında məlumat yayılıb.
Məlumatda qetd olunur ki, müxalifətdəki "Maariflənmiş Ermənistan" fraksiyası, "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik təklif edib, hansıki, profil komissiyası tərəfindən mənfi qiymət alıb. Prosedur qaydalarına uyğun olaraq, bu halda parlament, məsələnin iclasların gündəliyinə salınması üçün səs verməlidir.
Layihə müəlliflərindən biri olaraq, "Maariflənmiş Ermənistan" fraksiyasından olan millət vəkili Taron Simonyan qeyd edib ki, üç il əvvəl Konstitusiya Məhkəməsi qərar qəbul edib və qanunun müddəasını hərbi qulluqçuların ödəmələrini ala bilmədiyi qanunun müddəalarını konstitusiyaya zidd olduğunu bildirib.
“Müddəaların dəyişdirilməsini və qeyd olunanların nəzərdə tutulmasını təklif edirik, digər dövlət qulluqçuları kimi, bu müddəa yalnız hərbi qulluqçulara aid deyil. Qanunun mahiyyəti onlara bu hüququ verməkdir”, deyə Simonyan açıqlayıb.
Millət vəkilinin sözlərinə görə, belə bir yanaşma büdcədəki yükü artırır, məhkəmələrə edilən müraciətləri artırır, məhkəmə sistemini də yükləyir.
“Əslində biz bu məbləği məhkəmə sistemi vasitəsi ilə əsəblər, uzun məhkəmə çəkişmələri və xərclər hesabına ödəyirik. Hökumətin oxşar təkliflərin dövriyyəyə buraxılmasını gözləməkdənsə, qanunu indi qəbul etmək daha yaxşıdır, bundan sonra prosedur bir il uzanacaq”, deyib Simonyan.
Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin üzvü Armen Xaçatryan da öz növbəsində qərar verilməli olduğunu, ancaq səlahiyyətlilərin daha əhatəli həll yolları tapmaq üçün qanunun qəbulunu təxirə salmağı təklif etdiklərini qeyd edib.
“Layihədə uzun illər məzuniyyət almayan hərbçilərə hansı məbləğin ödənilməsi nəzərdə tutulmayıb. Bundan əlavə, Konstitusiya Məhkəməsinin qərarından sonra hökumət hərtərəfli həll yolları tapmaq üzərində işləyir və əgər indi qanun layihəsini qəbul etsək, bunun tamamilə maliyyə baxımından nə dərəcədə mümkün olduğuna əmin deyilik, çünki hesablamalar yoxdur”, deyə Xaçatryan bildirib.
Xatırladaq ki, nəticədə hakim partiyadan olan millət vəkilləri deyilənlərin əleyhinə səs veriblər. Layihənin gündəmə daxil edilməsinin “lehinə” tələb olunan 47 millət vəkilindən 32 millət vəkili, "əleyhinə" isə 51 millət vəkili səs verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB