Prezident Ata vəsiyyətini əlində Zəfər məşəli, ürəyində Vətən sevgisi ilə yerinə yetirdi - ŞƏRH ÖZƏL
"Bu il biz xalq olaraq ilk dəfədir ki, Novruz bayramını köksümüzü ötürərək yox, sinəmizi qürur və fəxarət hissi ilə qabardaraq qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmaqla qəlbimizdə kök salan bütün nisgilə, ağrı-acıya son qoydular. İllərdir Qarabağ həsrətini öz ürəyində daşıyan xalqımız bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edir. Bəli, bu, tarixi hadisədir. Bu tarixi yazan isə Müzəffər Ordunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Vaxtilə Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev deyirdi: "O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik. O birisi il Laçında, o birisi il Kəlbəcərdə, o birisi il Ağdamda, o birisi il Füzulidə, o birisi il Cəbrayılda, Zəngilanda, Qubadlıda. Əminəm ki, belə də olacaq." Bu gün ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev ata vəsiyətini yerinə yetirərək xalqa müraciətində dedi: "Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm, Şuşa, sən azadsan! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!" Bu sözlər xalqımıza ünvanlanmış ən gözəl bayram təbriki oldu". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Ekspert bildirib ki, prezidentlik fəaliyyəti dövründə ölkə başçımız İlham Əliyev hər çıxışında mütləq Qarabağ məsələsinə toxunur və öz xalqına söz verirdi ki, gün gələcək biz Novruzu Qarabağda qeyd edəcəyik: "Dünən verilən söz, edilən dua bu gün artıq reallıqdır. Bu gün Azərbaycan xalqı Novruz bayramını mədəniyyətimizin paytaxtı olan Şuşada qeyd edir. İllər ərzində Şuşa düşmən tərəfindən yağıcasına dağıdıldı, talandı. Məqsəd isə bir idi, Şuşanı erməniləşdirmək, Azərbaycan xalqının irsini oradan silmək. Lakin düşmən buna nail ola bilmədi. Qürurlu, məğrur Azərbaycan xalqı kimi Şuşa da əyilmədi, sınmadı, öz ləyaqətini, Azərbaycanın milli ruhunu qorudu. Necə ki, Şuşa illərlə bizi gözləyirdi, biz də onu çox gözləmişdik və həsrətə son qoyuldu".
Ş.Həsənova vurğulayıb ki, şübhəsiz bizi bu günlərə gətirən yol rahat yox, çətinliklərlə, sınaqlarla dolu olub: "Bütün bu illər ərzində Prezident İlham Əliyev daxili və xarici siyasətinin əsas konturlarını o istiqamətdə formalaşdırıb ki, vətəndaş mərkəzli siyasətin nəticəsi Qarabağ zəfəri ilə yekunlaşsın. Azərbaycan həqiqətlərini usanmadan, yorulmadan, faktlarla beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırdı. "Nəyi, nə vaxt, necə etmək lazımdır, mən bilirəm" deyərək bütün prezidentliyi dövründə torpaqların azad edilməsini ən ümdə vəzifə olaraq gördü. İllər ərzində dövlətimizin başçısının hər bir qərarının, addımının arxasında bu məqsəd, bu hədəf dayanmışdı. Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni, humanitar inkişafını təmin etdi. Xalqımızı torpaqlarımızın azad edilməsi yolunda vahid amal uğrunda birləşdirdi, birliyimizi, həmrəyliyimizi təmin etdi. Eyni zamanda, xaricdən olan maneələri də ağılla, uzaqgörənliklə, soyuqqanlılıqla dəf etdi. İşğalın ilk günlərindən Vətən müharibəsinin son anına qədər bir çox dairələr Azərbaycana siyasi təzyiqlər və təhdidlər edirdilər. Bunlara baxmayaraq, Prezident İlham Əliyev bütün o maneələrin qarşısını düşünülmüş şəkildə, səbirlə, təmkinlə aldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB