Çomağımızı niyə yerə qoymamalıyıq? REALLIQ

Çomağımızı niyə yerə qoymamalıyıq? REALLIQ

Separatçı ermənilər istər 30 il əvvəl, istərsə də müasir zamanımızda öz kirli, xainlik xislətlərində qaldıqlarını, dəyişilmədiklərini sübut edirlər

Erməni mənşəli insanların harada yaşamalarından asılı omayaraq şovinizm və ultramillətçilik toxumları səpmələri yeni məlumat deyil. Eləcə də Ermənistanın bu ölkə ilə həmsərhəd olan dövlətlərə - Azərbaycana, Türkiyəyə, Gürcüstana, İrana qarşı saxta iddialarla çıxış etmə faktları da kifayət qədərdir.

Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən və torpaqlarımızı 30 il ərzində işğala məruz qoyan erməni qəsbkarları 44 günlük müharibə nəticəsində haqq etdikləri nəsiblərini alaraq sarsıdıcı məğlubiyyətə uğradılar.

Lakin bütün bunlardan sonra hələ də həmin ölkədə revanşizm, işğalçılıq, qəsbkarlıq və təcavüzkarlıq simptomlarının qalması bir atalar sözünü bizlərə xatırladır – “İtlə dostluq et, çomağını yerə qoyma”...

Yenidən hay-haray qaldırıb, artıq beynəlxalq aləmi də bezdirən bəyanatlarla çıxış etmələri, “artsax” nağılları danışmaları bu misalı aktuallaşdırır

Çünki ağır məğlubiyyətlərindən sonra kapitulyasiya sənədini imzalayan erməni tərəfinin istər rəsmi, istərsə də qeyri-rəsmi siyasi dairələrinin bütün bunlara rəğmən, yenidən hay-haray qaldırıb, artıq beynəlxalq aləmi də bezdirən bəyanatlarla çıxış etmələri, “artsax” nağılları danışmaları bu misalı aktuallaşdırır.

Yuxarıda da qeyd edildiyi kimi, qonşu dövlətlərə qarşı da ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin daha bir faktını göstərmək olar. Sirr deyil ki, bu gün ermənilərin əksəriyyəti Gürcüstanın Axalkalaki regionuna (onların dili ilə Cavaxetiya) da iddia irəli sürürlər və bu gün onların əllərində imkan olarsa bu torpaqların işğal edilməsinə əl atarlar. Əbəs deyil ki, sözügedən əraziləri “Kiçik Ermənistan” adlandıran ermənilər özlərini cavax erməniləri adlandırırlar. Təkcə bir fakta da nəzər salaq. Onlar Gürcüstanın əzəli torpaqları – Abxaziya və Cənubi Osetiyanın işğalında iştirak ediblər, gürcü xalqının o torpaqlardan qovulması prosesində qatı iştirakçı olaraq çıxış ediblər. Hətta işğalçıların “Baqramyan adına alay” adlı terrorçu dəstəsi də fəaliyyət göstərib, onlar gürcülərə qarşı törədilən qətliamlar törədiblər.

Azərbaycanın 44 gün ərzində apardığı haqlı-ədalətli Vətən müharibəsində dost və mehriban qonşumuz Gürcüstanın göstərdiyi mənəvi və s. dəstəklər də əslində gürcülərin işğalın nə olduğnu dərindən anlamaları gerçəkliyini ortaya qoymaqdadır.

Məcburi qaydada (!) hər hansı müharibəsonrası razılaşmalara imza atırsa, bu o demək deyil ki, sülhə hazırdır və s...

Yeri gəlmişkən, qondarma və separatçı “arsax respublikası” kimi onların “müstəqil cavax respublikası” adlı saxta qurumlarının da “bayraq” adlandırdıqları əski parçaları var. Təqdim etdiyimiz fotoların isə bu reallığı özündə kifayət qədər təsdiq edir. Həmin fotolar Birinci Qarabağ və İkinci Qarabağ müharibələri dövrlərini əks etdirir. Grücüstanda yaşayan separatçı ermənilər istər 30 il əvvəl, istərsə də müasir zamanımızda öz kirli, xainlik xislətlərində qaldıqlarını, dəyişilmədiklərini sübut edirlər.

SİA xəbər verir ki, fotonu ermənilərin “military arm” adlı teleqram səhifəsi paylaşıb və həmin paylaşımda yazılıb: “Bizim müqəddəs vəzifəmiz: dərk edərək layiqli həyat uğrunda ölümə gedənlərə yardım etmək”- “Artsax” müharibələrində iştirak edən Cavax erməniləri. Fotolardakı paralellər sədaqəti və bağlılığı simvolizə edir”.

Göründüyü kimi, bu reallıqdır və həmin reallıq bəlli xalqın nümayəndələrinin xəstə, sağalmaz təfəkkürə malik olmalarını isbatlayır. Əgər bu gün Ermənistan siyasi-iqtisadi cəhətdən məhvə doğru sürüklənirsə və bundan xilas olmaq üçün məcburi qaydada (!) hər hansı müharibəsonrası razılaşmalara imza atırsa, bu o demək deyil ki, sülhə hazırdır və s. Bu o deməkdir ki, bizlər bundan sonra daha heç vaxt (!) çomağı əldən yerə qoymamalıyıq, buna ixtiyarımız yoxdur!

Hətta erməni separatçılığı və işğalçılıq sindromlarının nəinki bizə, həm də dost və qonşu dövlətlərə qarşı baş qaldırdığı zaman çomağımızı havaya qaldıraraq onu hər an düşmənin başına endirməyə hazır olmalıyıq!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə