Azad Hadrut FOTOLARDA

“Dəmir yumruq” əməliyyatı çərçivəsində Hadrut qəsəbəsinin azad olunması digər işğal altındakı rayonlarımızın azad edilməsində mühüm rol oynayaraq tarixi hadisə kimi qiymətləndirilir. Belə ki, ötən ilin 9 oktyabr tarixində bu tarixi məkanımızın işğalçılardan təmizlənməsi həm də Şuşanın azad edilməsinə açılan qapı kimi də qiymətləndirilir. Artıq bu gün Hadrut müzəffər ordumuzun nəzarəti altındadır və çox yaxın vaxtlarda istər bu qəsəbəmizdə, istərsə də digər azad edilmiş ərazilərimizdə həyat dirçələcək, qaynayacaq, azad Qarabağ reallığı özünü dünyaya sübut edəcək.

Qeyd edək ki, Hadrut Xocavənd rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbədir. 1939-cu ilədək adı Dizaq olub. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. XIX əsrdə Ağoğlan kimi qeydə alınıb.

SİA Hadrutun işğaldan sonrakı şəkillərini təqdim edir:

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə