“ABŞ digər ölkələri günahlandıraraq guya problemləri həll edir” Vladimir Putin
ABŞ-dakı hakim təbəqə, digər ölkələrə yüksək səslə ittihamlar irəli sürərək guya daxili problemləri həll edir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Krım və Sevastopol ictimaiyyətinin nümayəndələri ilə video keçid yolu ilə baş tutan görüş zamanı Rusiya prezidenti Vladimir Putin deyib.
"Bu mülahizələri rəhbər tutaraq, ABŞ-ın hakim təbəqəsi guya həm daxili, həm də xarici siyasət problemlərini həll edirlər", deyə Rusiya prezidenti bildirib.
"Amerika Birləşmiş Ştatları dünyada nüvə atom silahını istifadə etmiş, üstəlik nüvə silahı olmayan bir dövlətə qarşı, II Dünya Müharibəsinin sonunda məhz Yaponiyaya qarşı, Hirosima və Naqasakiyə qarşı nüvə atom silahı istifadə edən yeganə ölkədir. Burada qəti şəkildə hərbi məna da yox idi. Bu, mülki əhalinin birbaşa məhvi idi", deyə Putin əlavə edib.
Xatırladaq ki, son vaxtlar ABŞ və Rusiya arasında münasibətlər heç zaman olmadığı qədər soyuqlaşıb. Hətta qarşılıqlı ittihamlar da səsləndirilir. Ələlxüsus, ABŞ Rusiyaya qarşı sanksiya tətbiqi barədə bəyan edir.
Görünür, Rusiya lideri Kreml Ağ Evin bir-birinin ardınca səsləndirdiyi ittihamlardan yetərincə bezib. Heç şübhəsiz ki, Vladimir Putinin də söylədikləri, ABŞ-ı nüvə silahı istifadəsində ittiham etməsi də səbəbsiz deyil. Beləki, Rusiya tərəfi də öz növbəsində ABŞ-ın hakim təbəqəsinə müəyyən xatırlatmalar etməyi lazım hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB