"Paşinyan erməni cəmiyyətini bu yükdən azad edib" POLİTOLOQ RƏY VERDİ
"Bu gün Ermənistan parlamentində həm hakim, həm də müxalif komanda hakimiyyətin buraxılmasını dəstəkləyir. Paşinyan payız ayları ərzində ilkin seçkilərdə iştirak edəcək. Çox güman ki, özü yox digər bir şəxsi, yəni komandasından bir şəxsi irəli verməklə onun rəhbərliyi altında seçki baş tutacaq. Bu gün Rusiyanın, hətta Qərbin Qafqaza olan maraqları daim toqquşub. Lakin, Ermənistanda hakimiyyət məsələsində hər iki qüvvənin maraqları uzlaşır. Onların maraqları əsasında Ermənistanda demək olar ki, hakimiyyət mövcud deyil və mövcud olan hakimiyyətin də özünü qoruyub, saxlaması xarici qüvvədən asılıdır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, Paşinyan Qərbi Avropa, Amerika və Rusiyadan dəstəyini almaqla növbəti dəfə hakimiyyətdə qalacaq: “Bu region üçün də xeyirlidir. Çünki, yürüdülən siyasət inteqrasiyaya meyillidir. Azərbaycan uzun illər ərzində Ermənistanı məqsədli şəkildə bütün layihələrdən kənarda qoyub. Nəticədə, biz Ermənistanı dağınığa çevirə bildik, böyük sosial-iqtisadi fəlakətlə qarşı-qarşıya qoyduq. Qarabağ erməni cəmiyyəti üçün yük idi. Əslində, Paşinyan erməni cəmiyyətini bu yükdən azad edib. Erməni cəmiyyəti bunu dərk etdikcə, inteqrasiya da başlayacaq və cəmiyyətlərarası münasibətlər də formalaşacaq".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB