Paşinyan Kremlə lazımdır ANALİTİK

Paşinyan Kremlə lazımdır ANALİTİK

İqor Korotçenko: “Revanş isə dünyanın siyasi xəritəsindən silinmək üçün dalana aparan yoldur”

Regionu Ermənistanın İrəvandakı revanşist güclərinin çağırışlarına əsasında Azərbaycana qarşı aqressiyasından qorunması üçün ən yaxşı vasitə Nikol Paşinyanın erməni dövlətinin rəhbəri postunda saxlanılmasıdır. SİA xəbər verir ki, bunu “Vestnik Kafkaza”ya “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi-siyasi ekspert İqor Korotçenko Cənubi Qafqazda sülhə zəmanət mövzusuna aydınlıq gətirərkən, eləcə də Ermənistanda müxalifətin hakimiyyəti ələ keçirmək cəhdi barədə danışarkən deyib.

Rusiyalı ekspert Nikol Paşinyanla Ermənistanın Baş qərargahı arasında yaranmış münaqişənin də de-fakto başa çatdığını xatırladaraq bildirib ki, müxalifət məhz Baş qərargahın əli ilə ordunu ayağa qaldıraraq hərbi çevriliş etməyə çalışırdı.

Ordu son iki həftədə iqtidara qarşı heç bir fəaliyyət göstərmədi

O, Paşinyanın baş verənlərin ardınca ordu komandanlığı ilə görüşünü, eləcə də yeni Baş qərargah rəisi – Artak Davtyanı təqdim etməsini də xatırladaraq bildirib ki, başlarında Qarabağ klanının təmsilçiləri və “müharibə partiyalarının” liderləri adlandırılan Robert Koçaryanla Serj Sarqsyanın dayandığı qisasçı qüvvələr prezident Armen Sarkisyanı satqın adlandırmağa da tələsiblər. Belə ki, ordu son iki həftədə iqtidara qarşı heç bir fəaliyyət göstərmədi.

Sözügedən mərhələdə Ermənistandakı daxili siyasi böhrana, yəni müxalifətin uğursuzluğuna səbəb olan məsələyə International Republic Institute tərəfindən keçirilən sorğu da demək olar ki, nöqtə qoymuş oldu. Sorğuya əsasən, potensial parlament seçkilərində iştirak edəcək 75% sorğu iştirakçıları hakim “Mənim addımım”a səs verəcəklərini bildiriblər. İqor Korotçenko bununla bağlı digər bir tərəfə də diqqət çəkərək bildirib ki, revanşist güclər iqtidar uğrunda savaşlarında həm zaman, həm də mübarizə potensiallarını itiriblər.

İndi əminliklə demək olar ki, etirazlar başa çatmağa doğru gedir

“Ermənistanda qisas güclərinin hakimiyyətə yiyələnməsi artıq kifayət qədər azehtimallı ssenariyə söykənir. Onlar tərəfindən Nikol Paşinyanı devirmək üçün demək olar ki, bütün siyasi və maliyyə təsirləri tətbiq olunub. Onlar eyni zamanda ən əsas arqumentlərini - güc yolunu, yəni erməni ordusunun Baş qərargahını irəli sürdülər, Paşinyan isə hakimiyyətini saxladı. Artıq indi əminliklə demək olar ki, etirazlar başa çatmağa doğru gedir. Praktiki nöqteyi-nəzərdən respublikda da qisasçı güclərin iqtidara yiyələnmək cəhdləri görünmür, ehtimalı isə çox azdır, hətta azdan da azdır”, deyə rusiyalı hərbi-siyasi şərhçi bildirib.

Bu, şəxsən Kremlə tərəf çağırışdır

Korotçenko revanşistlərin hətta hakimiyyətə gələcəkləri halda verdikləri vədlərini – Azərbaycana qarşı yeni müharibə başladacaqlar sözlərini yerinə yetirə bilməyəcəklərini deyib. “Hətta texniki baş nazir qismində özünün piarını aparan Vazgen Manukyan teoretik olaraq növbədənkənar parlament seçkilərinin keçiriləcəyini, nəticədə Ermənistana rəhbərlik edəcəyini iddia olaraq irəli sürsə belə, o, daha sonra nə edəcək? Çünki Paşinyan deyil, məhz Ermənistan, özü də Rusiya qarşısında üçtərəfli Bəyanatın yerinə yetiriləcəyi ilə bağlı üzərinə öhdəlik götürüb və onun pozulmasına yönəlmiş istənilən cəhdlər bu sənədi sual altında qoyacaq – bu, şəxsən Kremlə tərəf çağırışdır. Düşünürəm ki, hətta ən axmaq revanşist bilməlidir ki, Rusiyanın siyasətinə qarşı çıxmaq nə qədər böyük problemlər qazanmaq anlamını daşıyır, ekspert qeyd edib.

Rusiya İrəvandakı hadisələrlə bağlı neytral mövqe nümayiş etdirir

“Milli müdafiə” jurnalının baş redaktoru hesab edir ki, Paşinyanın hakimiyyətdə qalması variantı birmənalı olaraq hər kəsi, o cümlədən Moskvanı da qane edir. SİTAT: “Biz çox gözəl bilirik ki, Paşinyan kimdir, onun qiymətini də bilirik, anlayırıq ki, onu kim hakimiyyətə gətirib və arxasında da kimlər dayanır. Buna baxmayaraq, vəziyyət belə alınıb ki, minimum bu il mümkündür ki, növbəti il Paşinyan baş nazir olaraq qalmalı və 9 noyabr (10 noyabr) -11 yanvar üçtərəfli Bəyanatlarının Ermənistan tərəfindən icrasını təmin etməlidir. Əgər Paşinyan Moskvanı qane etməsəydi biz Rusiya tərəfindən onun ünvanına səslənən dəstəkləri eşidə bilməzdik, o çoxdan İrəvanda olmazdı. Rusiya hazırda İrəvandakı hadisələrlə bağlı neytral mövqe nümayiş etdirir, bəyan edir ki, bu, erməni xalqının daxili işidir, Rusiya nə Paşinyanın tərəfindədir, nə də ona qarşıdır, ona görə də onun çevrilməsi cəhdində də iştirakçıya çevrilməyəcək”.

“Erməni müxalifəti və generaliteti Paşinyanı devirə bilmədilər, onlarda alınmadı, ona görə də o yerində qalır və Ermənistan üçtərəfli Bəyanatların realizə olunmasını üzərinə düşən öhdəlikləri ilə davam etdirir – bu, Ermənistan üçün dövlətçiliyini qorumaq, xalqının yaşamını yaxşılaşdırmaq üçün bir şansdır. Revanş isə dünyanın siyasi xəritəsindən silinmək üçün dalana aparan yoldur”, İqor Korotçenko bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə