"Prezidentin passivliyi suallar doğurur" Keçmiş müdafiə nazirinin müavini
Ermənistan prezidentinin müharibə dövründəki passiv davranışı suallar doğurur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan bunu martın 11-də jurnalistlərlə görüşündə bəyan edib.
Onun fikrincə, heç bir parlament ölkəsində, başqa heç bir prezident belə davranmazdı.
Müxalifətçi bütün dövrlərdə döyüşü ordu, müharibəni isə dövlət apardığını deyib və qeyd edib ki, ermənilərin məsələsində ordunun arxasında dövlət, diplomatiya, sosial və iqtisadi dəstək olmayıb.
“Bunun əvəzinə baş nazir müharibə zamanı 50 ziddiyyətli açıqlama verib və paralel olaraq ümumerməni resursu boşa verilib”, deyə Zakaryan vurğulayıb.
Keçmiş məmur, böhranlar zamanı vəziyyətin həlli nöqteyi-nəzərindən davranmağa başlayan prezident institutunu həmişə ciddi qəbul etdiyini ifadə edib, amma bu gün onun heç bir işlə məşğul olmadığı səbəbindən heç kimin prezidentin özünə etibar etmədiyini dilə gətirib.
Artak Zakaryan, "İndi Ermənistanda elə bir vəziyyət var ki, dövlət adına lazım gələrsə, hətta rəsmi səlahiyyətləri aşmaq da olar", deyib.
Bununla yanaşı, o, prezidentlə danışıqlar aparmağın mümkün ola biləcəyini də istisna etməyib, lakin müxalifətin hələ belə bir qərar vermədiyini deyib.
Göründüyü kimi, Ermənistanda sual doğuran məqamlar çoxdur. Hətta, vəziyyət o yerdədir ki, prezidentin belə fəaliyyəti suallar doğurur və mətbuat səhifələrində açıq şəkildə yayımlanır. Belə olan halda məmurların fəaliyyəti haqqında nələr düşünmək olar? Əlbəttə ki, yalan, riya üzərində qurulan dövlət, utopiya ilə idarə olunan dövlət, işğalçılıq siyasətini strategiya seçən ölkə üçün nəticənin belə olacağı gözlənilən idi və həqiqətən də bundan artığını gözləməyə də dəyməzdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB