2020-ci il İkinci Dünya Müharibəsindən sonra ən çətin il oldu

2020-ci il İkinci Dünya Müharibəsindən sonra ən çətin il oldu

Rusiya prezidenti Vladimir Putin, keçən ilin pandemiya səbəbi ilə İkinci Dünya Müharibəsindən bu yana qlobal iqtisadiyyat üçün ən çətin il olduğunu söyləyib. SİA RenTV-yə istinadən xəbər verir ki, dövlət başçısı bunu investisiya fəallığının artırılması tədbirlərinə həsr olunmuş iclasda deyib.
Rusiya lideri 2020-ci ildə planetin ÜDM-nin 3,5% azaldığını qeyd edib. Prezidentin qeyd etdiyi kimi, bu, epidemioloji vəziyyətin və məcburi məhdudiyyətlərin tətbiqinin nəticəsi olub.
"Bu barədə artıq danışmışam və bir daha qeyd edəcəm ki, keçən il İkinci Dünya Müharibəsi bitdikdən sonra qlobal iqtisadiyyat üçün ən çətin il olub", deyə Putin bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya prezidenti koronavirus üzərində son qələbənin şərtini açıqlamışdı. Putinə görə, COVID-i ancaq ölkələr güclərini birləşdirdikdə tamamilə məğlub etmək olar.
Göründüyü kimi, bütün dünya ölkələri kimi Rusiya da pandemiyadan kifayət qədər zərər görüb. Şübhəsiz ki, pandemiya ən çox bu ölkənin də iqtisadiyyatına mənfi təsir göstərib. Rusiya prezidentinin söylədiyi kimi, həqiqətən də İkinci Dünya Müharibəsindən sonra qlobal iqtisadiyyat üçün ən çətin il, məhz 2020-ci il olub və çətinlik Rusiyadan da yan keçməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə