Efiopiyanın Oromiya regionundakı kilsəyə edilən silahlı hücum nəticəsində ən azı 29 nəfər insan həyatını itirib. SİA xəbər verir ki, bu barədə ölkənin Addis Standard nəşri yazır. Belə ki, hadisəni görən şahidlərin sözlərinə görə, hücum martın 5-də Şərqi Valleqa rayonunda baş verib. Kimlikləri məlum olmayan şəxslər məbədə daxil olaraq pravoslav efiopiyalıların dini ayinlərini pozublar və odlu silahlardan açılan atəşlər nəticəsində kilsənin baş keşişi də daxil olmaqla digər şəxslər qətlə yetiriliblər.
Yerli sakinin sözlərinə görə hücum edənlər “Orlomonun azadlığı cəbhəsi”nin silahlı qanadının üzvləri olublar. Qətlə yetirilənlərin 21 nəfəri qadınlardır və onların əksəriyyəti əliuşaqlı olublar. Silahlılar qadınları meşəyə aparıblar. Sonradan onların da meyitləri aşkar edilib. Lakin qadınlardan biri əsirlikdən qaça bilib.
Qeyd edək ki, “Orlomonun azadlığı cəbhəsi” 2018-ci ilin iyuluna qədər Efiopiya hökuməti tərəfindən terrorçu təşkilatlar sırasına daxil olunmuşdu. Ancaq ölkə hakimiyyəti sonradan həmin təşkilatı terrorçular siyahısından çıxarıb. Belə ki, “Orlomonun azadlığı cəbhəsi” ölkənin siyasi həyatında iştirak edəcəyini və birmənalı olaraq proseslərə sülh yolu ilə qatılacağını bildirmişdi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB