Paşinyan istefa barədə elan edib Sarkisyan məhkəməyə müraciət etmək məcburiyyətində qalıb

Paşinyan istefa barədə elan edib Sarkisyan məhkəməyə müraciət etmək məcburiyyətində qalıb

Paşinyan Ermənistanın Baş Qərargah rəisinin istefasını elan edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən uzaqlaşdırıldığını, qovulduğunu bəyan edib və bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətindən bildirildiyi kimi, o, Konstitusiya Məhkəməsində fərman layihəsinin özünə deyil, Silahlı Qüvvələrdə kadr məsələlərini tənzimləyən "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun müddəalarına etiraz edib.
"Respublika Prezidentinin "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunla müəyyən edilmiş müddətdə baş nazir tərəfindən təqdim edilmiş fərman layihəsini imzalamaması və Konstitusiya Məhkəməsinə müraciət etməməsi nəzərə alınaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan qanunun qüvvəsi, tələbi ilə 10 mart tarixindən vəzifəsindən azad edilib”, deyə Paşinyan Nazirlər Kabinetinin saytında verdiyi açıqlamada bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan prezidenti Armen Sarkisyan müvafiq fərmanı imzalamaqdan imtina etmiş, lakin sənədi Konstitusiya Məhkəməsinə göndərməmiş və bu da hərbi rəhbərin avtomatik istefasına səbəb olmuşdu. Məlumdur ki, Sarkisyan artıq Qasparyanın işdən çıxarılmasına etiraz etmək üçün Konstitusiya Məhkəməsinə də müraciət edib. Daha dəqiq desək, Ermənistan prezidenti etiraz əlaməti olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Hətta işğalçı ölkə prezidenti hüquqi yolla, qanun yolu ilə məsələyə aydınlıq gətiriləcəyinə ümid edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə