Feministlərin aksiyaları qarşıdurmalarla sona çatıb Avropada

Qadın hüquqlarının müdafiəsi üçün geniş miqyaslı tədbirlər bütün dünyada baş verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Kiyevdə feministlərin aksiyasına gözlənilmədən kişilər də qatılıblar.
Qeyd olunur ki, milliyyətçilər etirazçılara tülpanlar atıblar. Onların sözlərinə görə, bununla 8 martda onları çiçəklərlə təbrik ediblər.
Fransadakı feministlərin mitinqi daha aqressiv olub. Aksiya iştirakçılarına radikallar hücum ediblər və aksiyada iştirak edən qızları irqçilikdə günahlandırıblar.
Madriddəki nümayiş dava-dalaş ilə sona çatıb. Aktivistlər və yoldan keçənlər arasında toqquşma baş verib. Bu zaman polis müdaxilə edib və bununla da kütləvi dava başlayıb.
Daha bir aksiya İspaniyanın paytaxtında keçirilib. Bərabərliyi dəstəkləyən məhəllə sakinləri bütün günü pəncərələrindən qab-qaşıq səslərilə hay-küy salıblar.
Göründüyü kimi, Avropa ölkələrində belə feministlərin aksiyaları birmənalı qarşılanmayıb. Bu aksiyalara qarşı çıxanlar da olub. Hətta aksiya iştirakçılarına qarşı radikallar hücum belə ediblər. Digər halda isə, aksiya iştirakçıları nəinki radikalların, hətta yoldan keçənlərin belə qəzəbinə tuş gəlib və onların arasında toqquşmalar müşahidə edilib. Ən çox diqqəti cəlb edən isə toqquşmalara polisin qarışması ilə dava-dalaşın daha da qızışmasıdır. Bir sözlə, heç də feministlərə, onların aksiyalarına münasibət birmənalı deyil və Avropada belə bunun əleyhinə olanlar yetərincədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə