Azərbaycan İƏT-ə üzv ölkələr arasında siyasi-iqtisadi əlaqələrin moderatoru ola bilər - MÖVQE ÖZƏL

“İslam Əməkdaşlıq Təşkilatında cənab Prezidentin çıxışı, buradan verdiyi mesajlar əsasən ölkəmizin müharibədən sonra regionda və müsəlman dünyasında mövqeyinin güclənməsini göstərir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan müsəlman ölkələri ilə yüksək səviyyədə əlaqələr qurur və lazım gəldikdə müəyyən məsələlərdə öz mövqeyini diktə edir: “Qeyd edim ki, Prezidentin çıxışı sülhə və tərəfdaşlığa islam ölkələri arasında münasibtələrin yüksək inkişafına çağırışa əsaslanırdı”.

M.Əsədullazadə vurğulayıb ki, məhz prezident İlham Əliyev Zəngəzurdan Mehri dəhlizindən islam ölkələrinin və bu təşkilatın istifadə etməsinin zərurliyini qeyd etdi: “Bu, onu göstərir ki, ölkəmiz gələcək perspektivdə islam dünyasında yeni tranzit əlaqələrin qurulmasına, həmçinin bu inkişafa və sülhə töhfə verəcək. Hesab edirəm ki, İƏT təşkilata üzv ölkələrin bundan sonrakı mərhələdə əlaqələrin inkişafı üçün bir zəmin yaradar. Azərbaycan məhz bu təşkilata üzv ölkələr arasında siyasi-iqtisadi əlaqələrin moderatoru ola bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...