Vaksin qıtlığı başladı: Azərbaycan da bu sıradadır PROBLEM?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: "Bu günlərdə COVAX tərəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunmuşdur”

Dünyanın bir sıra ölkələrində koronavirus əleyhinə vaksin qıtlığı başlayıb. Macarıstanın baş naziri Viktor Orban ölkəsində Rusiyanın Sputnik V vaksininin tətbiqinin vacibliyi barədə danışıb. Baş nazir sözlərini belə izah edib ki, Avropa komissiyası avroməkanda qeydiyyata düşmüş vətəndaşlarını alternativ vaksinlərlə təchiz edə bilmir.

“Qərb, ya da Şərq vaksinləri yoxdur, yalnız pisi və yaxşısı var”, deyə Orban “Bild” nəşrinə verdiyi müsahibəsində bildirib.

Macarıstanın baş naziri Orban: “Avropa İttifaqı avropalıları vaksinlə təmin etmək məqsədi ilə “tez və keyfiyyətli” tapşırığını icra edə bilmədi”

Onun sözlərinə görə, Avropa İttifaqı avropalıları vaksinlə təmin etmək məqsədi ilə “tez və keyfiyyətli” tapşırığını icra edə bilmədi. “Ona görə də mən konstitusiyaya söykənərək cavabdehliyi öz üzərimə götürürəm”, deyə macar baş nazir bildirib.

O, qeyd edib ki, Böyük Britaniya, ABŞ, İsrail, Serbiya kimi ölkələr Avropa İttifaqı ölkələrini vaksinlərlə təchiz etmək üçün çoxdan müəyyənləşdirmə aparıblar, ona görə də o vaksinləri olduğu yerlərdə, o cümlədən, Rusiyada və Çində axtarır. Orban eyni zamanda Şərqi Avropa perventiv səhiyyəsinin üstünlüyü barədə bəyan edərək bildirib ki, məhz sovetlərin poliolomelit vaksini bu xəstəliyi Qərbdən daha tez məhv etdi.

Bildirilir ki, Macarıstan artıq Sputnik V Rusiya vaksinini tətbiq etməyə başlayıb. Orbanın özü çinlilərin Sinopharm vaksini ilə aşı olunub. Macarıstanın 5 milyon Sinopharm və 2 millyon Sputnik vaksinləri sifariş etdiyi bildirilir.

“Vaksinləri istehsal edən şirkətlər kommersiya maraqlarını rəhbər tuturlar və zəngin ölkələrə çoxlu sayda vaksin göndərirlər ki, bunun da nəticəsində vaksinlərin başqa ölkələrə çatdırılmasında fasilələr və gecikmələr müşahidə olunur”

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova mediaya açıqlamasında bildirib ki, Azərbaycanın da daxil olduğu COVAX platformasının təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hazırkı dövrədək əməl olunmayıb. "Bu günlərdə COVAX tərəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunmuşdur”, deyə o bildirib və əlavə edib ki, “COVAX-ın bütün üzv ölkələrlə əməkdaşlığının ədalətli şəkildə davam edəcəyinə, növbəti mərhələdə təxirə salınmadan başqa üzv ölkələrlə bərabər Azərbaycanın da peyvəndlə təmin olunacağına inanırıq".

“Vaksinləri istehsal edən şirkətlər kommersiya maraqlarını rəhbər tuturlar və zəngin ölkələrə çoxlu sayda vaksin göndərirlər ki, bunun da nəticəsində vaksinlərin başqa ölkələrə çatdırılmasında fasilələr və gecikmələr müşahidə olunur.

Bu prosesə məhz COVAX layihəsi çərçivəsində nəzarət edilməli idi, vaksin istehsalçıları qarşısında isə konkret tələblər qoyulmuşdu. Vaksinlərin əksəriyyətinin bir neçə ölkədə yığılması ədalət prinsipinin pozulmasıdır və koronavirus pandemiyası ilə ümumi mübarizəyə mənfi təsir göstərir”, deyə məlumatda bildirilir.

Gürcüstan da problem yaşayır

Onu da edək ki, hazırda COVAX proqramından narazılığını digərləri ilə yanaşı Gürcüstan hökuməti də ifadə edib. Proqram çərçivəsində, qonşu ölkəyə Pfizer peyvəndi çatdırılmalı idi, lakin onlar COVAX üzvü olan ölkə kimi, öhdəliklərini pozmaq adı ilə, ona vaksin tədarükü qrafikinə əməl etmirlər. Tamamilə aydındır ki, bu, lazımi miqdarda peyvənd dozasını Gürcüstana çatdırmamaq üçün adi bəhanədən başqa bir şey deyil.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə