“Sarkisyanın müsahibəsi milli təhlükəsizliyə böyük təhlükə yaradır” Andranik Köçəryan

Ölkənin üçüncü prezidenti Serj Sarkisyanın iki hissəyə bölünən dörd saatlıq müsahibəsi Ermənistanın milli təhlükəsizliyi üçün böyük təhlükə yaradır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, işğalçı ölkənin Müdafiə və Təhlükəsizlik daimi parlament komissiyasının rəhbəri, hakim “Mənim addımım” blokunun deputatı Andranik Köçəryan bunu 24 Fevralda Milli Məclisdə keçmiş dövlət başçısının bəzi açıqlamalarına münasibət bildirərkən jurnalistlərə verdiyi müsahibəsində söyləyib və xüsusən də İskəndər haqqında fikirlərini açıqlayıb.

Nikol Paşinyanın tərəfdaşının fikrincə, Sarkisyan öz müsahibəsində elə fikirlər söyləyib ki, bu, gec-tez Ermənistana qarşı istifadə ediləcək.

"Serj Sarkisyan Ermənistanı ən azı 10 il idarə etdiyindən və bir neçə gün daha baş nazir olmağı bacardığından, bu, şübhəsiz ki, ermənilərə qarşı istifadə ediləcək", deyə Andranik Koçaryan fikirlərini açıq şəkildə ifadə edib.
“İskəndərin hansı istiqamətdə istifadə olunduğunu bilmirəm. Bu silahın istifadəsini təsdiqləməyəcəm və ya inkar etmərəm. Artıq demişəm ki, bu edilməməlidir", deyən millət vəkili, Paşinyanın İskəndərin performansı ilə bağlı açıqlamasının öyrənilməli olduğunu söyləyib.

Andranik Köçəryan qeyd edib ki, Rusiyadan təkcə İsgəndər alınmayıb, həm də son 15 ildə ölkənin əldə etdiyi digər silah növləri də Ermənistanda araşdırılmalıdır. “Doğru qərar olub olmadığını, işləyib-işləmədiklərini, yararlı, yaxud yararsız olduqlarını anlamalıyıq”, deyə Paşinyanın tərəfdarı bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın üçüncü prezidenti son müsahibəsində, özünün etibarlı mənbələrinə görə, İskəndərlərin erməni tərəfindən yalnız Qarabağdakı müharibənin son günlərində, özü də erməni əsgərlərinin o zaman hələ də yerləşdiyi Şuşa istiqamətində atılaraq istifadə edildiyini bildirmişdi. Buna cavab olaraq, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan, 23 fevral tarixli müsahibəsində Sarkisyanın "İskəndər raketlərinin niyə partlamadığını və ya yalnız 10% partladığını" izah etməsi lazım olduğunu söyləmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə