Duma Paşinyanı ittiham etdi yalan danışmaqda

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın İskəndər raket sistemlərinin işini, təsirini, yararlılığını şübhə altına alan fikirlər səsləndirib. SİA Rusiyaya məxsus mətbuat səhifələrində yayımlanan informasiyalara istinadə edərək xəbər verir ki, Rusiya Dövlət Duması “İskəndər”in təsirsizliyi barədə dediklərindən sonra Paşinyanı yalan danışmaqda günahlandırıb.

Xatırladaq ki, 1in.am portalına verdiyi müsahibədə Paşinyan sözügedən raket sistemlərinin partlamadığını, yalnız yüzdə 10 faizinin partladığını, yararsız olduğunu bildirmişdi. Xüsusən də Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanın Ermənistan ordusunun keçən payızda Qarabağdakı müharibənin dördüncü günü İskəndərdən istifadə edə biləcəyi barədə açıqlamasına münasibət bildirərkən bu fikirləri səsləndirmişdi.
Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin "Danışır Moskva" radiostansiyasına verdiyi müsahibədə erməni siyasətçinin fikirlərini tənqid edib. O, qeyd edib ki, Paşinyan bu şəkildə Dağlıq Qarabağdakı münaqişənin nəticələrində özünün günahsız olduğuna kimlərisə inandırmağa çalışıb.

“Bir insan günahsız olduğuna kimlərisə inandırmağa çalışanda İskəndərləri də, erməni xalqını da, ordusunu da günahkar çıxara bilər. Əlbətdə bu doğru deyil. Ölkəmizdəki "İskəndər" çox yüksək dəqiqlikli bir silahdır və artıq müxtəlif təlimlərdə özünü sübut edib. Paşinyanın dediyi bu sözlər sadəcə mütləq yalandır və hətta heç bir şübhəyə belə yer yoxdur. Qərbin bu qısa mənzilli raketlərin danışıqlar prosesinə gətirilməsindən tez-tez danışması səbəbsiz deyil. Suriyada onlardan çox dəqiq və dəfələrlə istifadə olunurdu. Yumşaq desək, yoldaş Paşinyanın bu fikri ilə razı deyiləm”, deyə Zavarzin bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə