YAP Tərtər rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatı Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan şəhid ailələri ilə görüşləri davam etdirir. Keçirilən növbəti görüşlərdə rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvləri Azər Ağayev, Kamil Məmmədov və bir qrup fəal partiya üzvləri rayonun İsmayılbəyli kəndindən şəhid Elşən Əlizadə Faiq oğlunun və Sarıcalı kəndindən şəhid Mehdi Məmmədov Elçin oğlunun ailələrini ziyarət ediblər. Hər iki şəhidlər rayonun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişlər. Hər iki şəhid ölümlərindən sonra göstərdikləri şücaətlərə görə "Suqovuşanın azad olunması uğrunda" medalı ilə təltif ediliblər.
YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, şəhid və qazilərimizin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub: «Həmişə ölkəmizdə hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər".
Rayon təşkilatının sədri, həmçinin ailənin problemləri ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməklik göstəriblər.
Şəhidin ailələri böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq ediblər. Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB