İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yenidən Vaşinqtonu İran əleyhinə sanksiyaları ləğv etməyə çağırıb. SİA xəbər verir ki, İran XİN rəhbəri bu barədə Twitterdə yazıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ, AB-nin himayəsi altında və Moskva və Pekinin də olduğu "altılıq" beynəlxalq vasitəçilərin iştirakı ilə İranla danışıqlarda maraqlı olduğunu elan etmişdi.
"(UNSCR) 2231-ə riayət etmək üçün, ABŞ, heç bir şərt olmadan və praktik olaraq (Donald) Trump tərəfindən bərpa edilmiş və tətbiq olunan bütün sanksiyaları ləğv etməlidir. Bu vəziyyətdə dərhal əks tədbirləri ləğv edəcəyik", deyə Məhəmməd Cavad Zərif bildirib.
O, ABŞ-ın Donald Trump administrasiyasının BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmə elanını ləğv etmək qərarına da münasibət bildirib və Tehranın bunun qanunsuz olduğunu qəbul etdiyini bəyan edib.
Xatırladaq ki, X2015-ci ildə Altılıq (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran tərəfindən imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı, İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Onu da diqqətə çatdıraq ki, 2018-ci ilin mayında ABŞ müqavilədən birtərəfli çıxdığını və Tehrana qarşı sərt sanksiyaların bərpa olunduğunu elan edib. İran isə 2019-cu ildə - ABŞ-ın müqavilədən çıxmasından düz bir il sonra - nüvə tədqiqatları və uran zənginləşdirmə səviyyəsindəki məhdudiyyətlərdən imtina edərək razılaşma üzrə öhdəliklərinin mərhələli şəkildə azaldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB