ABŞ-da 2 milyondan çox insan soyuq hava şəraitində işıqsız qalıb. SİA xəbər verir ki, bu fakt “poweroutage.us” portalının verdiyi məlumatlarda öz əksini tapır.
Sözügedən portal ABŞ-ın enerji təchizatı ilə bağlı vəziyyəti izləyir və orada qeyd olunan məlumata görə, Texasda 1.547.567 istehlakçının elektrik təchizatı kəsilib. Qeyd olunur ki, ümumilikdə, ştatda təxminən 12,3 milyon istehlakçı var.
Nəzərə çatdırılır ki, Texası elektrik enerjisi ilə təmin edən külək turbinləri buzlanma səbəbindən fəaliyyətini dayandırdı. Eyni zamanda əyalətdə daha da soyuq hava şəraiti gözlənilir. Sinoptiklər orta temperaturun 26 dərəcəyə qədər enəcəyini proqnozlaşdırırlar. Texas sakinlərinə elektrik enerjisindən qənaətlə istifadə etmələri, lazımsız məişət texnikalarını şəbəkədən ayırmaları və yaxın üç gündə paltaryuyan maşınlardan belə istifadə etməmələri tövsiyə olunur.
Oreqon və Virciniyada da vəziyyət çətindir. Oreqonda 286.812 istehlakçının, Virciniyada isə 149.843 istehlakçının elektrik enerjisi kəsilib. Bundan əlavə, Yeni Kaliforniyada 36272 ev və müəssisə və Luiziana ştatında 15131 istehlakçı işıqsız qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB