Putinin xarici səfərləri barədə Kreml açıqladı

Putinin xarici səfərləri barədə Kreml açıqladı

Rusiya prezidenti Vladimir Putinin bir sıra xarici səfərləri hazırlanır, lakin hər şey epidemioloji vəziyyətdən asılı olacaq. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
"Bir sıra səfərlər hazırlanır. Bir sıra etibarlı və yenilənmiş dəvətlər var, amma hər şey ilk öncə ölkəmizdəki epidemioloji vəziyyətdən və əlbəttə ki, həmsöhbətlərimizdən asılıdır", deyə Peskov jurnalistlərə bildirib.
Rusiya dövlət başçısının mətbuat katibinin sözlərinə görə, hələ konkret bir qərar yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə