İyrənc erməni manyaklığı - "Lüt şəklini göndər öldürməyim" FOTOLAR

İyrənc erməni manyaklığı - "Lüt şəklini göndər öldürməyim" FOTOLAR

Facebook-da Əziz Muradov niki ilə qeydiyyatdan keçən və özünü azərbaycanlı kimi təqdim edən adı açıqlanmayan erməni Ermənistanın xüsusi xidmət orqanları tərəfindən həbs olunub. SİA xəbər verir ki, sözügedən olayla bağlı ölkənin milli təhlükəsizlik xidmətinin rəsmi məlumatında bildirilir.

Məlum olub ki, Əziz Muradov adı ilə saxta profil açan bu şəxs ikinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş hərbçilərin yaxınları ilə rabitəyə keçərək onların lüt fotoşəkil göndərmələrini tələb edib. O, əks halda guya əllərində olan əsirləri öldürəcəyini bildirib.

Adının açıqlanmadığı erməni törətdiyi əməlinə görə üzr istəyib və bunu "seksual tələbatına görə" etdiyini bildirib.

Məlumatda qeyd olunur ki, ermənini 10-12 il həbs cəzası gözləyir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə