Azərbaycanın milli maraqlarımıza uyğun olaraq apardığı müstəqil xarici siyasət, müstəqilliyimizin bərpasından ötən illər ərzində beynəlxalq münasibətlərdə özünü etibarlı tərəfdaş kimi sübut etməsi ölkəmizin beynəlxalq nüfuzunu getdikcə artırmaqa dostlarımızın və tərəfdaşlarımızın sayının çoxalmasına zəmin yaratmışdır. Vətən müharibəsindəki möhtəşəm qələbədən və uzun illər davam edən regionda sülhə və təhlükəsizliyə böyük təhdid olan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycanın beynəlxalq nüfuzu daha da artmış, regionda yeni bir situasiya yaranmışdır.
Münaqişənin həllindən sonra regionda uzun müddətli və daimi sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə kommunikasiya xəttlərinin açılması istiqamətində atılan addımlar 3-4-5-6 tərəfli formatda iqtisadi əməkdaşlıq üçün münbit şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən işğaldan azad olunmuş ərazilərin “yaşıl zona” elan edilməsi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri, Füzuli rayonunu ərazisində beynəlxalq təyyarə limanının inşaasına başlanması, Füzuli-Əhmədbəyli-Şuşa yolunun çəkilişi, Şuşa şəhərinin Azərbaycanın “Mədəniyyət paytaxtı” elan edilməsi, eyni zamanda Şuşanın həm də İslam Mədəniyyətinin Paytaxtı və Türk dünyasının paytaxtı elan edilməsi barədə təkliflər Azərbaycana dost ölkələrin və həmin ölkələrin şirkətlərinin regiona marağını daha da artırmışdır. Bu yaxınlarda İtaliyanın dünyaca məşhur “Maire Tecnimont” şirkətinin rəhbəri və nümayəndə heyətinin ölkəmizə səfəri, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində iştirakı deyilənlərin sübutudur. Məlum olduğu kimi, bu günlərdə Böyük Britaniya Krallığının dövlət naziri xanım Vendi Morto Bakıya səfərə gəlmişdir.
Qeyd etmək zəruridir ki, Böyük Britaniya Azərbaycana dost ölkə olmaqla Azərbaycanın müstəqilliyini ilkin olaraq tanıyan ölkələr sırasındadır. Böyük Briyaniya dünyanın ən nəhəng neft şirkətlərindən olan “BP”-nin timsalında Azərbaycana 30 mlrd dollardan çox investisiya yatırıb. Hazırda Böyük Britaniyanın 600-dən çox şirkəti Azərbaycanda fəaliyyətdədir. Xanım Vendi Mortonun Bakıda keçirdiyi müxtəlif səviyyəli görüşlərdən və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüş zamanı səslənən fikirlərdən məlum olmuşdur ki, “Əsrin Müqaviləsi” çərçivəsində “BP” ilə əməkdaşlıq hələ qarşıdakı onilliklər ərzində uzun müddət davam edəcək, şirkətin istismar etdiyi neft yataqlarındakı perspektivlər, Krallığın şirkətlərinin ölkəmizin qeyri-neft sektorunun inkişafında iştirakı, indi isə işğaldan azad edilmiş ərazilərdə şəhərsalma, abadlıq və bərpa işlərinə, həmçinin bərpa olunan enerji sektoruna cəlb edilməsi Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında yeni imkanlar və perspektivlər açır. Bu əlaqələr iki ölkələr arasındakı əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəkdir.
Ramiz Göyüşov,
YAP Binəqədi rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB