Amsterdam Fond Birjası Londonu ötüb-keçib

Amsterdam Fond Birjası Londonu ötüb-keçib

Yanvar ayında Amsterdam Fond Birjasında (Euronext Amsterdam) səhmlərin orta gündəlik dövriyyəsi 9,2 milyard Avro, London Fond Birjasında (LSE) isə 8,6 milyard Avro təşkil edib. SİA xəbər verir ki, bu barədə kommersant.ru Chicago Board Options Exchange Europe hesablamalarına istinadən məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, dekabr ayı ilə müqayisədə London Fond Birjasında (LSE-də) qiymətli kağızların dövriyyəsi kəskin azalıb və Amsterdamda isə dörd dəfə artıb. Beləliklə, Amsterdam Fond Birjası bu göstəriciyə görə Avropada qiymətli kağızlar ticarətində ənənəvi olaraq lider olan London Fond Birjasını qabaqlayıb.

Xatırladaq ki, analitiklər bu vəziyyətin İngiltərənin Avropa Birliyindən çıxmasının birbaşa nəticəsi olduğuna inanırlar. Xüsusilə, çıxmaq barədə müqavilənin imzalanmasından sonra, Avropa Birliyi, London səhmlərinin alqı-satqısına Avropa Birliyində qeydiyyatdan keçmiş şirkətlər üçün məhdudiyyətlər qoydu. Bu səbəbdən, ilin əvvəlində, Avropanın bütün aparıcı birjalarında qiymətli kağızların dövriyyəsində (Amsterdam, Paris, Frankfurt, Milan) nəzərəçarpacaq dərəcədə artım müşahidə olundu, Londonda isə ciddi azalma oldu.

Mütəxəssislər qiymətli kağızlar dövriyyəsinin Londondan qitəyə axınının İngiltərənin maliyyə bazarından iş yerlərinin yoxa çıxmasına deyil, qiymətli kağızlarla əməliyyatlardan vergi gəlirlərinin azalmasına səbəb ola biləcəyinə inanırlar. Nəzərə çatdıraq ki, yalnız keçən il maliyyə xidmətləri bazarı İngilis xəzinəsinə 76 milyard funt sterlinq vergi gətirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə