Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib

Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib
"Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib". SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib. R.Muradov əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlılarına məxsus təyyarə ilə bir əsir Ermənistandan Bakıya, beş əsir isə Azərbaycandan İrəvana çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə